Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Elxan Məmmədov: “Hər kəsə sübut etdim ki, yaş hər zaman mühüm rol oynamır”
“Həmin gün yaddaşımda silinməz olaraq qalır”.
Bunu böyüklər arasında Azərbaycanın yeganə dünya çempionu olan cüdoçusu Elxan Məmmədov deyib.
Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətinə açıqlama verən 41 yaşlı sabiq idmançı titulu əldə etməsindən 10 il ötdüyünü xatırladıb:
“Yaş irəliləyir, elit idmanla vidalaşmalıyam fikirlərinə baxmayaraq, 31 yaşımda karyeramın zirvəsinə yüksəldim və dünya çempionu oldum. Hər kəsə sübut etdim ki, yaş hər zaman mühüm rol oynamır. Əzmkarlığın, ruhən güclü olmağın, nizam-intizamın sayəsində yaxşı formada qalmaq olar”.
Məmmədov həmin günün çox gözəl və şərəfli olduğunu bildirib:
“Çünki tarixdə ilk dəfə Azərbaycan bayrağı dünya çempionatında ön sırada dalğalandı. Beynəlxalq turnirlərdə bir neçə dəfə mükafatlandırılsam da, mundial fərqli idi”.
Hazırda gənclərdən ibarət yığmanın baş məşqçisi kimi çalışan mütəxəssis biliklərini və təcrübəsini cüdoçularla paylaşdığını söyləyib:
“Cüdo mənim həyatımdır. İndi karyeramı məşqçi kimi davam etdirirəm. Hər turnirə idmançılarla bərabər hazırlaşıram və hər bir görüşün həyəcanını onlarla bölüşürəm. Gənclərə uğura aparan yol haqqında bəhs edirəm. Bu yol nə qədər çətin olsa da, şərəflidir, çünki sonu qalibiyyətdir. Onlara peşəkarlığı, nizam-intizamı, mənəvi və fiziki cəhətdən güclü olmağı öyrətməyə çalışıram. Cüdo təkcə idman növü deyil, həmçinin həyat tərzidir”.
Qeyd edək ki, Elxan Məmmədov 2013-cü il avqustun 31-də Braziliyanın Rio-de-Janeyro şəhərində dünya çempionu tituluna sahib çıxıb. O, karyerası ərzində 2010-cu ildə dünya üçüncüsü olub, 2017-ci ildə isə Avropa çempionatında qızıl medal əldə edib.























































