Menu
Xəbər Lenti
Laçına qar yağır
21-10-2025, 08:54

Laçına qar yağır

Mərakeşdən tarixi uğur
20-10-2025, 08:54

Mərakeşdən tarixi uğur

30 Avqust 2023 08:38Manşet / Gündəm / Dünya

Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir

 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, general-polkovnik Z.Həsənov 30 Avqust - Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin, müdafiə nazirinin Türkiyə Respublikası Milli Müdafiə Universitetinin  tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.

Bizimlə əlaqə saxlayın