Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

30 Ağu 08:34Manşet / Gündəm / Siyasət

Həmid Həmidov: “Qarabağ erməniləri ya Azərbaycanı tərk etməli, ya Azərbaycan vətəndaşı olmalıdırlar”

 

“Dünya ictimaiyyəti İrəvanın yalanları barədə başından bəri məlumatlıdır və atdığı bu addımların səbəbini də çox gözəl bilir”.

Bu sözləri “CBC TV Azerbaijan” telekanalına müsahibəsində “Global Media Group”un media direktoru, jurnalist Həmid Həmidov deyib.

Azərbaycanın nümayiş etdirdiyi humanistlik və Qarabağda yaşayan erməniəsilli sakinlərə yardım göndərməsinə baxmayaraq, İrəvanın regionda humanitar yöndə gərginlik, blokadanın olduğu ilə bağlı iddialar irəli sürməsi və manipulyasiyalarına davam etməsi barədə suala cavabında Həmid Həmidov bildirib ki, dünya ictimaiyyəti hər şeyin fərqindədir. 

“Dünya ictimaiyyəti bizim mövqeyimizi və ərazi bütövlüyünün nə demək olduğunu aydın dərk edir. Eyni zamanda, üç il əvvəl nə baş verdiyini, yəni müharibənin nəticələrini də xatırlayır. Ona görə düşünürəm ki, dünya ictimaiyyəti, istər Rusiya tərəfi olsun, istər Avropa və ya ABŞ, hər şeyi gözəl başa düşür. Digər məsələ odur ki, onlar biz istədiyimizi istəyirlərmi?

Və həqiqətin bizim tərəfimizdə olduğunu bildiyimiz halda bizim kiməsə nəyisə sübut etməyimizə ehtiyac varmı?” - deyə o qeyd edib.

Azərbaycan tərəfindən göndərilən humanitar yardımdan imtina edilməsinin Qarabağda yaşayan ermənilər arasında etirazlara səbəb olub-olmayacağı ilə bağlı sualı cavablandıran Həmid Həmidovun fikrincə, bu etirazlar qaçılmazdır.

“Düşünürəm ki, gec və ya tez bu etirazlar mütləq baş verəcək. Çünki onlar gözəl başa düşürlər ki, ya çıxıb getməlidirlər, ya da Azərbaycan vətəndaşları olaraq qalmalıdırlar. Getmək istəyənlər üçün “Laçın” sərhəd-buraxılış məntəqəsi açıqdır və fəaliyyət göstərir, ona görə də burada yaşamaq istəməyənlər rahat şəkildə ərazini tərk edə bilərlər. Qalmaq istəyənlər isə bilirlər ki, onlar Azərbaycan vətəndaşları olaraq həyatlarına davam edəcəklər”, - deyə o bildirib.

Daha ətraflı videosüjetdə:  

Bizimlə əlaqə saxlayın