Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

27 Ağu 16:48Manşet / Gündəm / Siyasət

Ermənilərin növbəti çirkin planları iflasa uğrayıb

44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı tarixi zəfərdən sonra Ermənistanın havadarları, müəyyən beynəlxalq dairələr, ermənipərəst qüvvələr yenə də Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini davam etdirməyə çalışırlar. Bütün beynəlxalq təhdidlərə, müxtəlif provokasiyara baxmayaraq Azərbaycan öz ərazisində separatizmin davam etməsinə imkan verməyəcəkdir.
2023-cü il aprelin 23-də Laçın rayonuda, Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır və alacaqdır.
Məntəqənin yaradılması ilə Ermənistan və onun xarici havadarlarının beynəlxalq aləmdə hay-küy salıb, Qarabağda yaşayan ermənilərin blokadada qalması, ərzağa, dərmana və digər tələbat mallarına ehtiyacları olması ilə bağlı kompaniyalar aparır. Lakin sevindirrici haldır ki, Azərbaycanın mövqeyi əksər ölkələr tərəfindən dəstəklənib və Ermənistan beynəlxalq səviyyədə növbəti dəfə ifşa edilib.
Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Faktlara nəzər salsaq görərik ki, təkcə avqustun 21-də “Laçın” sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində 60-a yaxın erməni keçib, bu hal hər gün davam edir. Müalicə və digər məqsədlərdən ötrü insanlar rahat şəkildə sərhəddən keçir. Bu da erməni yalanlarını ifşa edir.
Qeyd etmək lazımdır ki, dövlətimiz Qarabağ bölgəsində yaşayan erməniləri öz vətəndaşları hesab edir. Biz həmişə demişik ki, həmin ermənilər cəmiyyətimizə inteqrasiya olunmalıdırlar, Azərbaycan qanunları ilə yaşamalıdırlar və bu istiqamətdə ilk addımın atılması önəmlidir. Məqsəd bu ərazidə yaşayan dinc erməniləri cəmiyyətimizə inteqrasiya etmək, onların Azərbaycan qanunları əsasında yaşamasıdır. Dövlətimizin başçısının bəyan etdiyi kimi, əgər kimsə Azərbaycanın tərkibində yaşamaq istəmirsə, yol açıqdır, hara istəsələr, gedə bilərlər.
Qarabağda yaşayan erməni sakinlər separatçı rejimin əlində alət olmamalıdırlar. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyası zəruridir. Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib harada istəsələr, yaşasınlar. Bu, dövlətimizin prinsipial mövqeyidir. Ona görə də, ölkəmizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan erməni sakinlərimiz öz gələcəkləri barədə qərar verməlidirlər.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor