HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
Strasburqda Azərbaycanın hüquqi səsi — İsmayıl Zalov beynəlxalq platformada yüksək qiymətləndirildi
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
Azərbaycan Prezidenti ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək
Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika xarici işlər nazirini qəbul etməyəcək.
APA xəbər verir ki, Belçika XİN rəhbəri Hadija Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib.
O, regiona səfəri çərçivəsində bu gün Azərbaycana gələcək.
Ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətən, Prezident İlham Əliyev tərəfindən qəbul olunurlar, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır.
APA-nın əldə etdiyi məlumata görə, ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək.
Qeyd edək ki, Belçika XİN rəhbərinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur.
Belçikanın xarici işlər naziri Hadija Labibin avqustun 22-də regiona səfəri başlayıb. İlk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edən Hadija Labib bu ölkənin xarici işlər naziri və baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.























































