Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun Qazaxıstan Respublikasının Astana şəhərində növbəti hüquqi uğuru — ədalətin və insan hüquqlarının təntənəsi
Ordumuzun mövqeləri atəşə tutuldu, Qarabağda təxribatın qarşısı alındı
Avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu, Çəmbərək rayonunun Cil, Gorus rayonunun Brun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə cavab tədbirləri görülüb.
Həmçinin, bildirilib ki, bundan başqa, avqustun 21-i saat 06:20-dən 08:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.























































