AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Neftçi”nin “Beşiktaş”la oyununun başlama saatının dəyişdirilməsinə aydınlıq gətirilib - YENİLƏNİB
“Neftçi” Türkiyədə “Beşiktaş”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatının dəyişdirilməsinə aydınlıq gətirib.
Bu barədə “Report”a “ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev açıqlama verib.
O, görüşün başlama saatının dəyişdirilmədiyini bildirib:
“Beşiktaş” tərəfi də bizə dedi ki, sistemdə 21:00 (Bakı vaxtı ilə 22:00) göstərmişik. UEFA-nın səhvinin olduğunu deyiblər. Avropa futbol qurumunun rəsmi saytında 20:00 (Bakı vaxtı ilə 21:00) göstərildiyi üçün hamı belə bilib. Dünən bizim yanımızda zəng etməyə çalışırdılar ki, UEFA səhvini düzəltsin”.
Qeyd edək ki, “Neftçi Arena”dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.
09:56
“Neftçi”nin Türkiyədə “Beşiktaş”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.
“Report” xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 21:00-da yox, 22:00-da start götürəcək.
Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, “Neftçi Arena”dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.























































