DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Sərhədyanı rayonlara xüsusi diqqət: Düşməni qorxuya salan hərbi təchizat
Azərbaycan Prezidentinin bölgələrə budəfəki səfərini fərqləndirən mühüm məqamlar var. Dövlət başçısının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanışlığı isə xüsusi əhəmiyyət kəsb edir.
“Kaspi” qəzetinin mövzu ilə bağlı hazırladığı məqalədə deyilir:
Bir neçə gün əvvəl Prezident İlham Əliyev Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfər etdi. Dövlət başçısı Qazaxda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun, Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak etdi. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu. Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin, Samux Rayon Mərkəzi Xəstəxanasının, Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak etdi. Dövlət başçısının iştirakı ilə Bərdədə Qarabağ Regional DOST Mərkəzi və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi istifadəyə verildi.
Düşməni qorxuya salan hərbi təchizat
Azərbaycan Prezidentinin bölgələrə budəfəki səfərini fərqləndirən bir sıra mühüm məqamlar var idi. Öncə onu qeyd edək ki, Qazax, Şəmkir və Samux Ermənistanla şərti dövlət sərhədlərimizə çox yaxındır. Bərdə isə işğaldan azad edilən Yuxarı Qarabağ İqtisadi rayonuna istiqamətlənmiş magistral marşrutların mərkəzi xabı olması ilə fərqlənir.
Dövlət başçısının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanışlığı isə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu səfər və oradakı şəraitlə tanışlıq düşmənə və onun havadarlarına Silahlı Qüvvələrimizin, o cümlədən DSX-nin təchizatı, müasir silah-sursat və avadanlıqlarla təminatı, döyüş hazırlığı səviyyəsinin dövlətimiz üçün daim prioritet olmasını nümayiş etdirdi. Həmçinin, Ermənistanın sərhədlərin delimitasiyası prosesini yubatması fonunda sülh sazişi imzalanacağı təqdirdə, məhz Qazax istiqamətində yerləşən anklavlarımızın geri qaytarılması daha da aktuallaşır.
Lakin İrəvanda anklavların geri qaytarılmasına qarşı çıxanlar Azərbaycanla sülh sazişinin imzalanmasını sabotaj etmək üçün Qazax istiqamətində mövcud vəziyyətin daha həssas olmasından istifadə edərək hərbi təxribatlara əl ata bilərlər. Bu ehtimal hər zaman var və hazırlıqlı olmaq lazımdır. Laçın yolundakı sərhəd buraxılış məntəqəsi ətrafında düşmənin revanşist qüvvələrinin hərbi təxribatlara çağırışları bu ehtimalı daha da gücləndirir. Sərhədlərimizdə təxribatların qarşısının alınmasında isə ilk məsuliyyət məhz DSX birləşmələrinin üzərinə düşür. Bu səbəbdən, Azərbaycan Ermənistanla şərti sərhəddə yerləşən sərhəd qoşunlarının maddi-texniki təminatına, hazırlığına xüsusi diqqət ayırır. “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksinə səfər isə qarşı tərəfə Azərbaycan Ordusunun 2020-ci il Vətən müharibəsi ilə müqayisədə daha güclü və hazırlıqlı olduğunu göstərdi.
Məqsəd həyat şəraitini yaxşılaşdırmaqdır
Hər bir dövlətin milli təhlükəsizlik konsepsiyasının ən mühüm komponentlərindən biri sərhəd rayonlarının sosial-iqtisadi, mədəni inkişafına xüsusi diqqət yetirilməsidir. Çünki ölkəmizə gələn hər bir şəxs sərhəddən keçərkən qarşılaşdığı ilk mənzərə onda formalaşan təəssüratla bağlı çox mühüm rol oynayır.
Digər tərəfdən, Ermənistanla sərhəd ərazilərimiz həm də uzun illər işğal faktı və müharibə riskinə görə ciddi təhdidlərlə üzləşib, bəzən sərhədyanı kəndlərimiz digər bölgələrlə müqayisədə inkişaf baxımından bir qədər geri qalırdılar. Lakin Prezidentin məlum səfəri göstərdi ki, artıq Azərbaycanın hər bir guşəsinin, hər bir rayonunun sosial-iqtisadi inkişafı dövlətimiz üçün bərabər səviyyədə prioritetdir.
Yeni infrastruktur obyektlərinin istifadəyə verilməsi əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Bu həm də onlarla, yüzlərlə vətəndaşımızın iş yeri ilə təmin olunması deməkdir. Məqsəd insanların həyat şəraitini, sosial rifahını daha da yaxşılaşdırmaqdır.
Təhsilə xüsusi diqqət
İlham Əliyevin dörd rayona səfəri çərçivəsində diqqətimizi cəlb edən digər mühüm bir məqam isə açılışı edilən obyektlərin daha çox təhsil yönümlü olmasıdır.
Bu, ölkəmizdə elm və təhsilə olan diqqət və qayğının bir təzahürüdür. Uşaq və gənclərimizin təhsili, intellektual səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılır. Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsisinin nümunəsidir.