Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Hikmət Hacıyev “The Washington Post”un köşə yazarına: “Dostunu göstər, kim olduğunu deyim”
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Post”un köşə yazarı Devid İqnatiusun Laçın yolu ilə bağlı dərc etdiyi məqaləsini tənqid edərək onun işğalçılığa haqq qazandırdığını bildirib.
Bu barədə Prezidentin köməkçisi “X” (keçmiş “Twitter”) hesabında yazıb.
“The Washington Post”da Devid İqnatiusun rəyi Azərbaycana qarşı əvvəlcədən yazılmış tipik təbliğat/dezinformasiya xarakterli məqalələr silsiləsindəndir. Dostunu göstər, kim olduğunu deyim! D.İqnatius Ruben Vardanyanın yaxşı dostudur. Sonuncu kriminal oliqarxdır.
Ruben Vardanyan çirkli pulların yuyulması sxemləri ilə ofşor banklara iki milyard dəyərində pul köçürüb. Keçən il Qarabağa paraşütlə tullanan və “The Washington Post”un köşə yazarı İqnatius tərəfindən mədh edilən Ruben Vardanyanın “Avrora” təşəbbüsü çərçivəsində D.İqnatius rahat sığınacaq tapıb.
İqnatius, 2016-cı ildə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərində olduğu kimi, Ermənistanın himayə etdiyi separatçı marionet rejimi yerlərdə bütün faktları yanlış şərh etməklə və işğala haqq qazandırmaqla dəstəkləməkdə və müdafiə etməkdə davam edir.
Siz, 2016-cı ildə Azərbaycanın ovaxtkı işğal olunmuş torpaqlarına səfər etmiş jurnalist kimi, oradakı bütün vandalizmlərə göz yummusunuz/kar-lal münasibət göstərmisiniz. Laçın yolunun funksionallığı ilə bağlı qərəzli yazınız heç kəsi təəccübləndirmir. Amma “The Washington Post”dakı bu cür yazılar mənə sovet dövrünün Siyasi Bürosunun sifarişlərini xatırladır”, - o qeyd edib.






















































