Menu
Xəbər Lenti
APA-nın 21 yaşı olur
Dünən, 08:33

APA-nın 21 yaşı olur

Toral millidən çıxarıldı
15-11-2025, 07:56

Toral millidən çıxarıldı

Meyitini qonşular tapdı
14-11-2025, 06:38

Meyitini qonşular tapdı

12 istiqamətdə tıxac var
14-11-2025, 05:18

12 istiqamətdə tıxac var

BBC Trampdan üzr istədi
14-11-2025, 05:04

BBC Trampdan üzr istədi

Prezident qəbul keçirdi
13-11-2025, 07:16

Prezident qəbul keçirdi

Generala ağır itki
13-11-2025, 07:00

Generala ağır itki

Neftimiz ucuzlaşdı
13-11-2025, 06:57

Neftimiz ucuzlaşdı

Ölüm səbəbi açıqlandı
13-11-2025, 05:33

Ölüm səbəbi açıqlandı

03 Avqust 2023 10:13Manşet / Gündəm

ABŞ-li jurnalistlər Şuşanı ziyarət ediblər

 

Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup ABŞ-li jurnalisti və media eksperti ölkəmizin mədəniyyət paytaxtı Şuşada olub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı amerikalı qonaqlara Azərbaycanın ən mühüm şəhərlərindən biri olan, Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini  abidələrini dağıtması, hazırda aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

Nümayəndə heyəti “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Yuxarı Gövhər ağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyarət edib. 

Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-nin Yel Universitetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (“Fox TV”, CNN, “Al Jazeera”) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (“Caracol TV” and “Canal 1”) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış bloqer Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildirlər.