Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
Xalqına bağlı vətənpərvər iş adamı – “Ekskluziv Elektrik” şirkətinin rəhbəri Elşən İsmayılov
Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Terens Krouford boks üzrə mütləq dünya çempionu olub
Amerikalı boksçu Terens Krouford 12 raundluq döyüşdə həmvətəni Errol Spensi məğlub edib.
Las-Veqasda (ABŞ, Nevada ştatı) keçirilən qarşıdurma doqquzuncu raundda nokautla başa çatıb.
35 yaşlı Krouford 66,68 kiloqram çəki dərəcəsində mütləq dünya çempionu olub. O, Ümumdünya Boks Təşkilatının (WBO) titulunu qoruyub və əvvəllər Spensə məxsus olan Ümumdünya Boks Şurası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Assosiasiyasının (WBA) titullarını alıb. Krouford 2018-ci ildən WBO kəmərinin sahibidir və onu yeddinci dəfə qoruyub.
Krouford üçün bu qələbə onun peşəkar karyerasında 40-cı olub (31 nokautla). O, heç vaxt uduzmayıb. 33 yaşlı Spens üçün məğlubiyyət 28 qələbəlik (22 nokautla) karyerasında ilk olub. O, 2017-ci ildən IBF, 2019-cu ildən WBC, 2022-ci ildən isə WBA kəmərlərinin sahibidir.
Hazırda peşəkar boksda toplam dörd nəfər mütləq dünya çempionudur. Terens Krouforddan başqa, bunlar Devin Heyni (ABŞ, 61,23 kiloqrama qədər), Cermell Çarlo (ABŞ, 69,9 kiloqrama qədər) və Saul Alvaresdir (Meksika, 76,2 kiloqrama qədər).























































