ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
“Standartlara uyğun olmayan nömrə ilə maşın sürənlərin cəriməsi azaldılıb” - DYP-dən AÇIQLAMA
“Bəzi media resurslarında İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin yeddinci hissəsində “mövcud standartlara uyğun olmayan” sözlərinin çıxarılaraq, məcəllənin 342.1.3-cü maddəsinə əlavə edilməsi düzgün tirajlanmayıb”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O qeyd edib ki, standartlara uyğun olmayan nömrələr üçün cərimələr artırılmayıb:
“Onlar üçün nəzərdə tutulmuş cərimə məbləği 40 manatdır. Bu, həmin məsələnin İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə keçirilməsi ilə müəyyənləşib.
Məcəllənin 342.7-ci maddəsində isə cərimə məbləği 60 manatdan 100 manata artırılmaqla, yalnız saxta nömrələrlə avtomobil idarə edən şəxslər üçün sanksiyalar müəyyən edilib”.
Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində standartlara uyğun olmayan nömrələrlə maşın sürənlərin 100 manat cərimə ediləcəyi haqqında məlumat yayılıb.
Aysel Aslan























































