Menu
Xəbər Lenti
APA-nın 21 yaşı olur
Dünən, 08:33

APA-nın 21 yaşı olur

Toral millidən çıxarıldı
15-11-2025, 07:56

Toral millidən çıxarıldı

Meyitini qonşular tapdı
14-11-2025, 06:38

Meyitini qonşular tapdı

12 istiqamətdə tıxac var
14-11-2025, 05:18

12 istiqamətdə tıxac var

BBC Trampdan üzr istədi
14-11-2025, 05:04

BBC Trampdan üzr istədi

Prezident qəbul keçirdi
13-11-2025, 07:16

Prezident qəbul keçirdi

Generala ağır itki
13-11-2025, 07:00

Generala ağır itki

09 İyul 2023 09:19Manşet / Gündəm

Ebru Gündeş Şəmkirdə toy məclisində oxuduqdan sonra Azərbaycana vergi ödəyibmi?

 

Tez-tez əcnəbi müğənnilər Azərbaycana gələrək toy şənliklərində iştirak edirlər.

“Xezerxeber.az”ın məlumatına görə, xüsusən də Türkiyənin tanınmış müğənniləri Azərbaycanda toy şənliklərində daha çox iştrak edirlər.

Ən azı 100 min manata gələn sənətçilər aldıqları pulun qarşılığında vergi ödəməlidirlərmi?

İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, sənətçini Azərbaycana dəvət edən şəxs onun vergisini ödəməlidir. Əgər sifarişçi bundan imtina edirsə, burada qazanan tərəf, yəni müğənninin özü vergi ödənişini etməlidir. Bu hal Vergilər Məcəlləsinin 125-ci maddəsində də göstərilir. Qeyd olunur ki, gəlirin 10 faizi vergiyə cəlb edilməlidir.

Ekspert deyir ki, gələn müğənnilər əgər vergi ödəmirsə və vergi bəyannaməsini etmirsə, məbləğ böyük olduğu üçün həmin şəxs barəsində qanuna uyğun olaraq axtarış verilə, hətta cinayət işi də başlana bilər.

Məsələ ilə bağlı Dövlət Vergi Xidməti ilə əlaqə saxladıq. Bildirdilər ki, əcnəbi müğənniləri Azərəbaycana dəvət edən təşkilatçılar adətən özləri vergi ödənişi edirlər. Qaldı ki ən son türkiyəli müğənni Ebru Gündeşin bu günlərdə Şəmkirdə toy məclisində oxuduqdan sonra vergi ödəyib - ödəməməsinə, Xidmətdən bildirildi ki, bu barədə bazar ertəsi ətraflı məlumat verəcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizimlə əlaqə saxlayın