Xəbər Lenti
Bugün, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
22 Dekabr 2022 06:44İqtisadiyyat
“Buta Airways” 10 min aviabileti 29 avroya satışa çıxarır
Azərbaycan Hava Yolları” QSC (AZAL) 2023-cü ilin yay cədvəli çərçivəsində (martın 26-dan oktyabrın 29-dək) 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışını elan edir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, QSC-nin tərkib hissəsi olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti bu gün saat 16:00-da bütün hava limanı rüsumları daxil olmaqla, minimal “Büdcə” tarifi ilə 29 avroya 10 min biletin onlayn satışına başlayacaq.
Bu təklif aviaşirkətin 9 istiqaməti üzrə keçərlidir: Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa.
Aviaşirkətin “www.butaairways.az” rəsmi saytında uçuş cədvəli ilə daha ətraflı tanış olmaq və aviabiletləri əldə etmək mümkündür.
“Büdcə” tarifi ilə əldə olunan biletlərə ödənişsiz baqajın və ya əl yükünün daşınması daxil deyil, lakin təyyarənin göyərtəsinə ölçüləri 30x35x10 santimetrə qədər bel çantası, qadın əl çantası və ya kişi portfeli götürə bilərsiniz.
Aviadaşıyıcının reyslərində “Büdcə” tarifindən əlavə, müvafiq olaraq 10 kiloqrama və 23 kiloqrama baqajın daxil olduğu “Standart” (55 avrodan) və “Super” (75 avrodan) tarifləri ilə də bilet əldə etmək imkanı təklif olunur.
Vacib xəbərləri və sərfəli təklifləri qaçırmamaq üçün aviaşirkətin rəsmi sosial şəbəkə hesablarının yeniliklərini izləyin.