Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Azərbaycanın idxal etdiyi buğdanın qiyməti kəskin azalıb
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 145 milyon 565 min dollar dəyərində 493 min 210 ton buğda idxal edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 23% və ya 92 min 462 ton, məbləğ baxımından isə 1,8% və ya 2 mln. 691 min çoxdur. 2022-ci ilin ilk altı ayı ərzində Azərbaycana 142 milyon 965 min dollar dəyərində 400 min 748 ton buğda idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın bir tonunun qiyməti 17,2% və ya 61,6 dollar azalaraq 295,1 dollara (501,67 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 356,7 dollar (606,39 manat) təşkil edib.
Xatırladaq ki, cari ilin ilk altı ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1,78%-nə bərabər olub.






















































