Menu
Xəbər Lenti
“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

03 Şub 19:08Manşet / Sosial

Laçın rayonunda ənənəvi təsərrüfat sahəsi olan heyvandarlıq yenidən inkişaf etdiriləcək

Laçın rayonunda ənənəvi təsərrüfat sahəsi olan heyvandarlıq yenidən inkişaf etdiriləcək

Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıqdır.

Laçın rayon statistika idarəsindən müxbirinə bildiriblər ki, 2022-ci il yanvarın 1-i tarixinə rayonun əhali və fermer təsərrüfatlarında 41 min 368 baş iribuynuzlu heyvan, 140 min 159 baş qoyun və keçi, 21 min 964 arı ailəsi, 81 min 124 ev quşu və 1669 baş at olub. İl ərzində rayonda 104 baş inək və düyə süni mayalandırılıb. 2021-ci ildə 14 min 391 sentner ət, 113 min 123 sentner süd, 2290 sentner yun və 3118 min ədəd yumurta istehsal edilib. Ətin xüsusi çəkisində inək və qoyun əti, südün xüsusi çəkisində isə inək və camış südü əsas yerləri tutub.

Qeyd edək ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisi laçınlıların dədə-babadan qışlaq yeri olub. Hər il yaylaq mövsümü başa çatanda sürülər-naxırlar Laçından bu yerlərə gətirilirdi. Laçın rayonu 28 il işğal altında qaldığından ötən dövr ərzində laçınlı köçkünlər mal-qaranı Taxtakörpü ərazisində saxlamağa məcbur qalmışdılar. Laçının işğaldan azad edilməsi rayonda ənənəvi təsərrüfat sahəsi olan heyvandarlığın yenidən inkişafına səbəb olacaq.