Xəbər Lenti
Dünən, 11:17
Səma ilə yüksələn idarəçilik nümunəsi – “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev
Dünən, 10:56
İnvaziv Kardioloq Dr. Samir Abbasov – Elmi bilik, peşəkarlıq və insan sağlamlığına həsr olunmuş ömür
Dünən, 10:32
Qod Semyonoviç Nisanov – Azərbaycanlı vətənpərvər iş adamının uğur, xeyirxahlıq və dövlətə sədaqət salnaməsi
Dünən, 05:08
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
20-01-2026, 16:50
20 yanvar faciəsinə dünya miqyasında siyasi hüquqi qiymətin verilməsi Ulu Öndərimiz Heydər Əliyevin sayəsində olmuşdur-Könül Nəbizadə
20-01-2026, 16:12
Vətənpərvər iş adamı Fəxrəddin Bəşirov: “20 Yanvar – Qanla yazılan tarix, sönməyən azadlıq məşəli”
20-01-2026, 12:51
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “20 Yanvar – Qanla yazılmış şərəf və qürur salnaməsi”
20-01-2026, 12:51
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “20 Yanvar – Qanlı gecə və azadlıq yolu”
20-01-2026, 10:45
Pərvanə İmamquliyeva: “20 yanvar- Dilində Vətən andı, ruhunda Azadlıq sevdası olanların əziz xatirəsinə...”
20-01-2026, 10:20
Cəsarət və iradədən doğan qəhrəmanlıq dastanı – Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun əziz xatirəsinə hörmət və ehtiramla…
19-01-2026, 17:40
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
19-01-2026, 16:22
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
19-01-2026, 16:01
20 Yanvar faciəsi – Ulu Öndərin qəti mövqeyi və Müzəffər Liderin davam etdirdiyi azadlıq yolu
19-01-2026, 15:41
"Stimul Hospitalı"nın rəhbəri Bəxtiyar Ələkbərli: 20 Yanvar faciəsi – Azadlıq yolunda qanla yazılan tarix
19-01-2026, 11:10
Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov: 20 Yanvar – Azadlıq və dövlətçilik dərsi
19-01-2026, 11:09
İş adamı Cəbrayıl Cəbrayılov: 20 Yanvar – Qanla yazılan tarix, azadlıqla taclanan yaddaş
19-01-2026, 11:04
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov: 20 Yanvar – Millətin sınağı, azadlığın doğulduğu gün
19-01-2026, 11:02
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 20 Yanvar – Qanla yazılmış tarix, qürurla yaşayan xatirə
19-01-2026, 11:00
Taleh Məmmədov: Ulu Öndər Heydər Əliyevin 20 Yanvara verdiyi tarixi-siyasi qiymət. Milli qürurun və dövlətçilik düşüncəsinin təcəssümü
09 Oktyabr 2022 13:47Manşet / İqtisadiyyat
Arıçılıq təsərrüfatları Laçın yaylaqlarında yüksək məhsuldarlığa nail olublar

Yay mövsümü başa çatdığından artıq Laçın yaylaqlarına köç etmiş arıçılıq təsərrüfatları Aran bölgəsinə qayıdıb. Uzun illərdən sonra arı ailələrini doğma yaylaqlara aparmaq imkanı qazanan laçınlı fermerlər nəticələrdən çox razıdırlar.
Ağcabədi rayonu ərazisindəki Taxtakörpü ərazisinə gedərək Laçından qayıtmış arıçılarla həmsöhbət olub, onların təəssüratlarını öyrənib.
Arı təsərrüfatını 30 ildən sonra doğma yurdlarına aparan Laçın rayonu Mirik kənd sakini Gövhər Hümbətova deyib: “Bu il ilk dəfə olaraq öz rayonumuza, Laçınımıza getdik. Sevinc göz yaşları ilə getdik, keçirdiyimiz hissləri sözlə deyə bilmirəm. Yuxularımız həqiqətə çevrildi. Laçında 3 ay 14 gün qaldıq. Vətənimizdən doymadıq. Heç qayıtmaq istəmirdik...”.
Otuz ildir Ağcabədidə arıçılıqla məşğul olduğunu deyən Gövhər xanım ötən illər ərzində ən yüksək nəticələrə bu il nail olduğunu bildirib: “30 ildir Ağcabədinin Taxtakörpü ərazisində arıçılıqla məşğuluq. Arılara nə qədər yaxşı qulluq etsək də, müxtəlif yerlərə köçürsək də, builki qədər məhsulumuz olmamışdı. Bol məhsulla, xoş təəssüratlarla qayıtdıq. Kəndimizi gəzdik. Gül, çiçək, kəklikotu, qantəpər hər şey var idi. Aran balı ilə dağ balının fərqi çoxdur. Laçında olan məhsul heç vaxt Ağcabədidə ola bilməz. Orada gül-çiçək daha zəngindir. Bu da arının məhsuldarlığına təsir edir. Arı ailələrinin artımı da orada çox olur. Ona görə nəzərdə tutmuşuq ki, hər il arıları öz rayonumuza köçürək. Həm təsərrüfatımızı böyüdək, həm də məhsulumuz çox olsun”.
Təcrübəli arıçı Marks Vəliyev də Laçın rayonundan yüksək təəssüratlarla qayıdıb: “Uzun illər Vətən həsrəti ilə yaşamışıq. Nəhayət ki, öz yurdumuza getdik. May ayının 24-dən arı təsərrüfatımı Laçın rayonuna köçürdük. Dörd aya yaxın doğma yurdumuzda - Qozlu-Mirik kəndlərinin ərazisində qaldıq. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində yurdumuza qovuşduq. Allah dövlətimizi var eləsin. Prezidentimizin canın sağ eləsin ki, bu günü bizə yaşatdı. Təsərrüfatımızdan çox razıyıq. Nəticə çox gözəl oldu. Builki məhsulumuz əvvəlki illərlə müqayisədə 100 faiz çoxdur. Balın keyfiyyətinə söz ola bilməz. Laçın ərazisi bitki zənginliyinə görə arıçılıq üçün çox əhəmiyyətlidir. Min cürə gül-çiçək var orada. Balın su tərkibi azdır, keyfiyyəti yüksəkdir. Çox razıyıq. Torpağımıza qovuşduğuma görə özümü xoşbəxt hesab edirəm. Həm Vətənə, dədə-baba torpağımıza, uşaqlığımın, gəncliyimin keçdiyi torpağa qovuşdum, həm də təsərrüfatımız yaxşı oldu. Arı ailələrinin sayında 30 faiz artım var. Doğma yurdumuzda məskunlaşmağı, qalan ömrümüzü orada yaşamağı, arıçılığı Laçınımızda daha da inkişaf etdirməyi istəyirəm. Laçın, Kəlbəcər balını bir brend kimi dünya səviyyəsində çıxarmaq olar. Əminəm ki, Laçın, Kəlbəcər balı dünyada keyfiyyətinə görə birinci yerlərdə olar, brend olaraq özünə yer tutar”.
Digər arıçı Şikar Vəliyev də son 30 ildən ən yüksək nəticəyə nail olduğunu bildirib: “Laçın işğal olunandan Ağcabədidə məskunlaşmışıq, arıçılıqla məşğulam. İllər sonra Laçın rayonuna - öz kəndimizə, dədə-baba yurdumuza getdik. Təsərrüfatımızı orada saxladıq. Həm arı ailələrinin sayında artım oldu, həm də yüksək məhsuldarlıq əldə etdik. Son 30 ildə görmədiyimiz məhsulu gördük. Təsərrüfatımda 50 arı ailəsi var. Artırıb 150-yə çatdırmağı nəzərdə tutmuşam. Çünki Laçın rayonundakı əlverişli şərait buna imkan verir. İnşallah təsərrüfatımızı doğma Laçınımızda daha da inkişaf etdirəcəyəm”.
Qeyd edək ki, işğaldan azad edilmiş Laçın yaylaqlarına bu il ümumilikdə 239 arıçılıq təsərrüfatı köçürülüb. Arıçı fermerlər tərəfindən 24 kəndin ərazisinə 15 min 100 arı ailəsi aparılıb.






















































