Xəbər Lenti
Dünən, 15:07
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
12-11-2026, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12-11-2026, 14:10
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12-11-2026, 13:53
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
11-11-2026, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
MDU kollektivi şəhid məzunun dəfnində iştirak edib

2022-ci ilin sentyabrın 16-da Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları bu ali təhsil müəssisəsinin şəhid məzunu İsgəndərov Qorxmaz İsgəndər oğlu ilə vida mərasiminə qatılıblar. Ağcabədi rayonunun Taxtakörpü ərazisində keçirilən vida mərasimində Laçın Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
MDU-dan bildirilib ki, şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb və tabutun üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub. Sonra, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, əslən Laçından olan Q.İsgəndərov 2017-2021-ci illərdə MDU-da “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili alıb. Ali təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Sonradan leytenant rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olaraq xidmətini davam etdirib. O, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalıb.























































