Menu
Xəbər Lenti
Bakıda ev yanıb
Dün, 09:29

Bakıda ev yanıb

Növbəti qələbəmiz
26-04-2024, 19:38

Növbəti qələbəmiz

“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

01 Ekm 10:42Manşet / Gündəm

Şəhid Vüsal Orucov Qusarda dəfn edilib

 

Sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından açılan atəş nəticəsində şəhid olan hərbi qulluqçumuz Vüsal Xeybalı oğlu Orucov Qusar rayonunda dəfn olunub.

“Report”un Şimal bürosu xəbər verir ki, şəhid Suvacal kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimayyəti iştirak ediblər.

Şəhidin tabutuna sarılmış üçrəngli Azərbaycan Bayrağı şəhid V.Orucovun atasına təqdim olunub.

11:20

Sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından açılan atəş nəticəsində şəhid olan hərbi qulluqçumuz Vüsal Xeybalı oğlu Orucov ilə vida mərasimi başa çatıb.

“Report”un Şimal bürosu xəbər verir ki, mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Qusar rayon Suvacal kənd məzarlığına aparılır.

Qeyd edək ki, V.Orucov 2005-ci ildə Qusar rayonunun Suvacal kəndində anadan olub. Hərbi xidmətə bu ilin aprel ayında yollanıb.

10:36

Ermənistan silahlı qüvvələrinin hərbçisinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açması nəticəsində ötən gün şəhid olan həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüsal Xeybalı oğlu Orucovun nəşi Qusar rayonunun Suvacal kəndinə gətirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidlə vida mərasimi doğulduğu Suvacal kəndində keçirilir.

Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid kənd məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, V.Orucov 2005-ci ildə Qusar rayonunun Suvacal kəndində anadan olub. Hərbi xidmətə bu ilin aprel ayında yollanıb.

Onun özündən başqa ailədə 2 qardaşı, 3 bacısı var.

Bizimlə əlaqə saxlayın