26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
Banan, manqo və qovun sağlam və dadlı qidalardır, lakin arıqlamaq istəyənlər üçün əks göstərişdir.
Bu barədə diyetoloq Maykl Mosli xəbərdarlıq edib.
Mütəxəssis arıqlayarkən ilk növbədə banandan imtina etməyə çağırıb, çünki bir bananda təxminən üç xörək qaşığı şəkər var.
“Ananas, qovun və manqo kimi bəzi digər tropik meyvələrdə də fruktoza az deyil. Arıqlayanlar da onlardan uzaq durmalı və ya kiçik hissələrdə istehlak etməlidirlər”, - deyə Mosli əlavə edib.
“Şirin meyvələr əvəzinə, Mosli rasiona daha çox təzə giləmeyvə əlavə etməyi tövsiyə edib. Onun sözlərinə görə, onlar orqanizm üçün faydalı maddələr və vitaminlərlə zəngindir və tərkibində şəkər demək olar ki, yoxdur. Məsələn, bir fincan moruqda cəmi beş qram şəkər var”, - ekspert qeyd edib.
Bundan əlavə, diyetoloq arıqlayan insanlara yağlı və duzlu qidalardan sui-istifadə etməməyi, həmçinin kolbasa və çips kimi emal olunmuş qidalardan uzaq durmağı tövsiyə edib.
Mənbə: Lenta.ru























































