31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
ABŞ Senatında Ukrayna, İsrail və Tayvana yardım paketi səsvermədən keçib
ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün müsadirəsi, habelə Çinə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri prosessual səsvermədən keçib.
Prosessual səsvermədən əvvəl qanun layihələri üzrə qısa müzakirələr aparılıb.
Qeyd edək ki, qanun layihələri aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edir. Bura Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla, münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir.
Senatda yekun təsdiqdən sonra qanun layihələri imzalanmaq üçün ABŞ Prezidenti Cozef Baydenə göndəriləcək. O, artıq layihələri imzalamağa söz verib.
Mənbə: Oxu.az























































