Menu
Xəbər Lenti
ƏBƏDİYAŞAR ULU ÖNDƏR
3-05-2024, 10:24

ƏBƏDİYAŞAR ULU ÖNDƏR

25 Nis 10:08Manşet / Gündəm

YOL POLİSİ QANUN KEŞİYİNDƏ

 

Hazırki dövürdə Respublikamızda Yol hərəkətilə bağlı insanların həyat və sağlamlığının qorunması bir vəzifə kimi dövlətin qarşısında durur.Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması bir çox faktorlardan asılıdır. Küçə və yollarda nəqliyyat vasitələrinin və piyadaların fasiləsiz və rahat hərəkətinin təşkilində müasir texniki nəzarət cihazlarının tetbiqi ilə yanaşi yol patrul xidmətinin əməkdaşlarınında rolu xüsusi əhəmiyyet kəsb edir.
Son vaxtlarda yoların genişlənməsilə bağlı xidmətd
ə olan DYP əməkdaşlarının işinin dahada artmasiına baxmayaraq onlar həmişə öz vəzifələrini layiqincə yerinə yetiriblər.
DYP-nin Kürdəmirpostunda gecə saat 12 radələrində avtomobilimi saxlayib bir jurnalist kimi xidmətin əməkdaşlarının fəaliyyətini yoxlamaq qərarına gəldim. Avtomobilimə yaxınlaşan və özünü qanuni formada təqdim edən polis inspektoru oldu. Polis kapitanı sürücünün sənədlərinə baxıb yaxşı yol-dedi. Mən avtomobilimdən düşüb jurnalist olduğumu və postda olan xidmətlə bağlı kiçik musahibə aparmaq istədiyimi bildirdim və müsbət rəy aldım. Kürdəmir Postu kimi tanınan hərəkətin sıx olduğu yolda yerləşən belə bir postda xidmət etməyindən, sürücülərə lazımı köməklik göstərməyindən danışdı. Öz xidməti işindən tam razı qalan polis inspektoru ilə yanaşı həmsöhbətim postun digər əməkdaşları ilə də oldu. Polis əməkdaşları sürücülərə yuxulu vəziyyətdə avtomobili idarə etməməyi, postlarda avtomobillərini saxlayıb istirahət etməyi və hətta əl-üzünü yumağı məsləhət görürdülər. Gecə vaxtında postun əməkdaşları ilə 15-20 dəqiqəlik müsahibəm məndə xoş təsurrat yaratdı və bu peşənin necədə çətin və şərəfli olduğunun şahidi oldum. Bunun üçün də postun komandiri polis mayoru Ruslan İsayev şərəfli peşəsinin necə şərəfli yerinə yetirməsini gördük. Bəli Kürdəmir postunda xidmət aparan əməkdaşlar sürücülərlə ünsiyyət qurmağı onlarla necə rəftar etməylə yanaşı öz vəzifə borclarınıda ləyaqətlə vicdanla yerinə yetirir və gecələr yuxusuz qalmalarına baxmayaraq işlərinin öhdəsindən layiqincə gəlirlər.


Xezertv.info redaksiyasının kollektivi adindan Kürdəmir postunda xidmət edən bütün əməkdaşara uğurlar arzulayiram.

 

 

Fərid Faiqoğlu

Baş redaktor