Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
COP 29: Ətraf mühitinin mühafizəsinin əsas istiqamətləri
Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi məsələləri son 40 il ərzində daha da kəskinləşmişdir. Keçmiş SSRİ-nin tərkibində respublikamızın təbii sərvətlərindən kortəbii istifadə, ekoloji vəziyyət nəzərə alınmayaraq çirkli sənaye sahələrinin yerləşdirilməsi və onların təmizləyici qurğularla təhciz edilməməsi nəticəsində ətraf mühitə antropogen təsir güclənmiş, bəzi ərazilərdə texnogen landşaftlar yaranmışdır. Kənd təsərrüfatı sahələrində istifadə edilən zəhərli kimyəvi maddələrin normadan artıq tədbiq edilməsi nəticəsində torpaqlar çirklənməyə məruz qalmışdır. Bütün bu tədbirlər nəticəsində torpaqların, su hövzələrinin, atmosferin, bitki və heyvanat aləminin və ümumiyyətlə landşaft komplekslərinin mühafizəsi respublikamızın əsas ekoloji probleminə çevrilmişdir.
Respublikamızda ekoloji problemlər daha çox sənaye və kənd təsərrüfatının inkişaf etdiyi rayonlar üçün xarakterikdir. Bu baxımdan ekoloji problemlərin kəskinləşdiyi ərazilərə neft çıxarma sənayesinin inkişaf etdiyi Xəzər dənizi, Abşeron yarımadası, cənub-şərqi Şirvan və Muğan düzlərini, dağ-mədən sənayesinin inkişaf etdiyi Daşkəsən, Balakən, və Naxçıvan MR ərazilərinin, iri sənaye şəhərləri olan Bakı, Sumqayıt, Gəncə, Şirvan və Mingəçevirin texnogen pozulmuş torpaq sahələrini, respublikanın atmosfer və su hövzələrini, Kür-Araz ovalığının şoranlaşmış və dağlarımızın eroziyaya uğramış torpaqlarını, ilbəil qırılaraq seyrəldilən və məhv olma təhlükəsi altında olan düzən və dağ meşələrini və s. aid edirlər. Bütün bu problemlər hazırda öz həllini gözləyir. Lakin iqtisadi və sosial-iqtisadi problemlərin çoxluğu ekoloji problemlərin həllini çətinləşdirir, dövlətin ekoloji problemlərin həllinə yönəltdiyi vəsaitlər kifayət etmir. Bunu nəzərə alaraq ətraf mühitin sağlamlığına nail olmaq üçün məqsədli maliyyələşdirmədən də istifadə edilməlidir.
Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılması, ekoloji təhlükəzsizliyin təmin edilməsi üçün ilk növbədə atmosferin mühafizəsinə diqqət yetirmək lazımdır.
Respublikanın atmosfer hava hövzəsinin vəziyyəti gərgin olaraq qalmaqdadır. Sənaye müəssisələrinin gücünün istifadə olunma miqyasından asılı olaraq hava hövzəsinə atılan zəhərli tullantıların illik miqdarı 620 min tondan 2,6 mln. ton arasında dəyişir.
Atmosfer havasına atılan tullantıların həcminə və xüsusi çəkisinə görə Bakı, Sumqayıt, Şirvan, Gəncə və Mingəçevir şəhərləri öndə gedirlər. Ekoloji vəziyyətin göstəricilərinə əsasən Abşeron yarımadası kəskin ekoloji problemlər kompleksi olan zonaya aid edilir. Respublika sənaye potensialının 70%-i bu zonada yerləşən Bakı və Sumqayıt şəhərlərində cəmlənmişdir. Abşeron ekoloji zonasında 80-dən artıq böyük, 270 orta və 2000-dən artıq kiçik müəssisə yerləşdirilmişdir. Bütün respublika üzrə atmosfer hövzəsinə atılan tullantıların 2/3 hissəsindən çoxu Abşeron zonasının payına düşür ki, bu da regionda ekoloji vəziyyətin nə qədər gərgin olduğunu göstərir. Son vaxtlar tikinti sənayesinin aktivləşməsi ilə əlaqədar ekoloji vəziyyət daha da gərginləşmişdir. Bu baxımdan atmosfer havasının vəziyyəti daha ağırdır.
Abşeron zonasının ikinci iri şəhəri olan Sumqayıtda da ekoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Sumqayıt şəhəri üzrə atmosfer havasına buraxılan zəhərli maddələrin 13,0 min tonu stasionar mənbələrin, 2,6 min tonu avtomobil nəqliyyatın payına düşür. Zəhərli tullantıların 3,7 min tonu bərk formalı, 11,9 min tonu isə qazvari və maye formalı tullantıların payına düşür. Buna baxmayaraq 1990-cı illə müqayisədə Sumqayıt şəhəri üzrə tullantıların miqdarı təqribən 6-7 dəfə azalmışdır.
Respublikanın qərb zonasında yerləşən Gəncə və Mingəçevir şəhərlərinin birlikdə atmosfer havasını çirkləndirməkdə payları 6,5% təşkil etməsinə baxmayaraq, ildə bu zonada əlavə olaraq Gürcüstan və Ermənistan respublikalarının ərazisindən hava axınları vasitəsilə 20-30 min ton tullantı daxil olur. Bununla yanaşı, Gəncə və Mingəçevir şəhərlərinin sənaye müəssisələri də regionun hava hövzəsinə 14,2 min ton tullantı artmışdır.
Respublikanın Mərkəzi Aran bölgəsində yerləşən ən iri sənaye şəhəri Şirvandır. Şəhərin sənaye müəssisələri (nümunə üçün 2002-ci ildə) atmosfer hövzəsinə 20,5 min ton tərkibində zərəli maddələr olan tullantılar atmışdır.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, sənaye müəssisələrinin ətraf mühitə atdığı tullantılar içərisində karbon, kükürd və azot oksidləri üstünlük təşkil edir. Respublikanın hava hövzəsini mühafizə etmək üçün ilk növbədə mövcud çirkləndirici sənaye sahələrini yenidən qurmaq, müasir texnoloji qurğular, təmizləyicilər tədbiq etməklə, atmosferə atılan çirkləndirici maddələrin ümumi miqdarının azaldılmasına və zərəsizləşdirilməsinə nail olmaq lazımd.
İqtisadi inkişafın ekologiyalaşdırılmasının növbəti istiqaməti az tullantılı, resurslara qənaət edən texnologiyaların yaradılmasıdır. Əgər ekoloji problemlərin alternativ həlli əsasən makrosəviyyəyə və ya sahə səviyyəsi ilə bağlıdırsa, az tullantılı və resurslara qənaət edən texnologiyaların inkişafı regional xarakter daşıyır və bir ərazidə iqtisadiyyatın makrosəviyyəsi – müəssisə, sex, müxtəlif profilli müəssisələr qrupu – ilə bağlıdır.
BMT-nin Avropa iqtisadi komissiyasının materialları və az tullantılı, tullantısız texnologiyalar haqqında Deklorasiyada az tullantılı və tullantısız texnologiya – insan tələbatı çərçivəsində təbii resurslardan səmərəli istifadəni təmin etmək və ətraf mühiti qorumaq üçün biliklərin, üsulların, vəsaitlərin təcrübi tədbiqi kimi müəyyən edilir. Burada qeyd edilir ki, az tullantılı texnologiya bir-biri ilə bağlı iki məsələni həll edir:
1.Təbii xammaldan və onun emalından alınan məhsullardan səmərəli istifadə;
2.Müxtəlif növ çirkləndiricilərdən, tullantılardan ətraf mühitin qorunması.
Az tullantılı və resurslara qənaət edən texnologiyanın inkişafında məqsəd, daxil olan xammaldan tam istifadə edərək müəyyən edilən həddən artıq tullantı istehsal etməyən qapalı texnoloji tsiklin yaradılmasıdır. Bu, təbii tsikllar yaratmaq cəhtidir, çünki biosfera qapalı sistemdir və burada bütün elementlər qarşılıqlı əlaqədədirlər və bir-birini şərtləndirir. Müasir texnogen iqtisadiyyat açıq sistemdir, burada son məhsul istehsalı çoxlu resurs məsrəfi tələb edir və böyük miqdarda tullantılarla müşahidə olunur.
Nisbi qapalı iqtisadi sistemə misal olaraq, kənd təsərrüfatını, daha doğrusu – təbii kənd təsərrüfatını göstərmək olar. Burada tullantıların miqdarı minimaldır. Əkinçilik-heyvandarlıq sistemi tullantıları öz içində əridir:
•əkinçilik heyvandarlığa yem, habelə taxıl, günəbaxan, şəkər çuğundurunun və s.-nin tullantılarını verir;
•heyvandarlıq isə öz növbəsində əkinçiliyi çox xeyirli təbii üzvi gübrələrlə təmin edir.
Nəticədə, az-çox maddələrin qapalı dövrü yaradılır.
Bu cür texnologiyaların yaradılmasında elmi-texniki tərəqqi həll edici əhəmiyyət kəsb edir. Yalnız elmi-texniki tərəqqinin nailiyyətləri əsasında ənənəvi resurs tutumlu texnologiyalardan resurslara qənaət edən az tullantılı və tullantısız texnologiyalara keçidi təmin etmək olar.
Az tullantılı texnologiyaların və hazırda istifadə edilən hasilat texnologiyalarının təkmil olmaması üzündən Yerin təkində 70%-ə qədər neft, 30%-ə qədər daş kömür, 20%-ə qədər dəmir filizi və s. qalması misal ola bilər.
Ətraf mühitin mühafizəsində ənənəvi üsul – birbaşa təbiəti mühafizə tədbirləridir.
Azərbaycan Dövlət İqtisad Universiteti
İqtisadiyyat və idarəetmə fakültəsi
Dövlət və bələdiyyə idarəetmə ixtisası
Qrup 500-ün III kurs tələbəsi Mahmudov Qasım Həsən oğlu