Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
İsrail-Azərbaycan Şah-Dağ təşkilatında yeni təyinat.
03.05.2024-cü il tarixdə İsrail dövlətində fəaliyyət göstərən İsrail- Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində əvəzsiz xidməti olan İsrail-Azərbaycan Şah-Dağ təşkilatının idarə heyətinin onlayn iclası keçirilmişdir. İclasda İsrail-Azərbaycan Şah-Dağ təşkilatının sədri birinci Qarabağ müharibəsi qazisi əslən Oğuz Yəhudisi olan Elxanan Raziel çıxışında, Zalov İmza TV Alyansın rəhbəri beynəlxalq hüquq eksperti İsmayıl Zalovu İsrail-Azərbaycan Şah-Dağ təşkilatının sədrinin xarici əlaqələr üzrə müavini təyin edilməsi barədə əmri elan etmişdir. Qeyd edək ki, İsmayıl Zalov İsrail-Azərbaycan Şah Dağ təşkilatının Azərbaycan Respublikası üzrə nümayəndəliyinin rəhbəri idi. Elxanan Raziel çıxışında İsrail-Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində daima xidmət edəcəklərini və İsmayıl Zalovun bu vəzifəyə təyinatı İsrail Azərbaycan dostluq əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəyini bildirmişdir. Beynəlxalq hüquq eksperti İsmayıl Zalov çıxışında İsrail- Azərbaycan dostluq əlaqələrinin genişlənməsi üçün xidmət edəcəyini bildirdi. İsrail Azərbaycan Şah-Dağ təşkilatının sədri Elxanan Raziel çıxışında daha bir əmri elan edərək İsrail Azərbaycan Şah-Dağ təşkilatının Azərbaycan Respublikası üzrə nümayəndəliyinin rəhbəri vəzifəsinə Zalov İmza TV Alyansın birinci müavini hüquqşünas Kamran Bağırzadənin təyin edildiyini bildirmişdir. Hüquqşünas Kamran Bağırzadə İsrail-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
İSRAİL-AZƏRBAYCAN MƏTBUAT XİDMƏTİ































































