Menu
Xəbər Lenti
PKK özünü ləğv etdi
Dünən, 08:35

PKK özünü ləğv etdi

Mahir Şükürov evləndi
Dünən, 07:51

Mahir Şükürov evləndi

4 ölkənin lideri Kiyevdədir
10-05-2025, 08:54

4 ölkənin lideri Kiyevdədir

Neftimiz bahalaşdı
10-05-2025, 08:47

Neftimiz bahalaşdı

04 İyun 2024 14:19Manşet / Siyasət

Biri lisey direktoru olmaqla 15 nəfər işdən çıxarıldı

 

Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru, Şirvan şəhər 16 saylı tam orta məktəbin direktor əvəzi, 2 müavin və dərnək rəhbəri, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin isə direktor müavini və 9 təhsil işçisi işdən azad edilib. 

Bu barədə “Qafqazinfo”ya Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, aparılan yoxlamalar zamanı aşkar edilmiş nöqsanlar toplanaraq hüquqi qiymət verilməsi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən hüquq mühafizə orqanlarına təqdim edilib. 

Eyni zamanda bildirilib ki, hazırda Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlama aparılır.