Menu
Xəbər Lenti
“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

17 Şub 08:24Manşet / İqtisadiyyat

“Fitch Ratings” Azərbaycanla bağlı iqtisadi proqnozlarını açıqlayıb

 

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

Bu barədə agentliyin saytında qeyd olunub.

“BB+” reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

Qeyd olunur ki, cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə ÜDM-in 14,8 faizinədək azalıb, bu, “BB” kateqoriyasında ən yüksək göstərici olaraq qalır.

Agentlik bildirib ki, neftin qiymətlərinin enməsinə baxmayaraq, 2024-25-ci illərdə ölkədə profisitlərin güclü qalacağı gözlənilir. 2023-cü ildə xarici valyuta aktivləri 69,8 milyard ABŞ dollarına çatıb. Bunun 80 faizi ARDNF-nin payına düşüb.

Bundan başqa, 2023-cü ildə ÜDM-in 67%-i səviyyəsində təxmin edilən Azərbaycanın xalis suveren aktiv mövqeyi 2024-25-ci illərdə sabit qalacaq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir.

Qeyd olunub ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarına nisbətən güclü manat və qlobal ərzaq qiymətlərinin enməsi sayəsində 2023-cü ildə orta inflyasiya 9%-ə düşüb:

“2024-cü ildə inflyasiyanın 4,5%-ə qədər daha da azalacağını proqnozlaşdırırıq”.

Agentlik bu il Azərbaycanda iqtisadi artımın 2,8%-ə yüksələcəyini proqnozlaşdırıb.

“Biz artımın 2024-cü ildə 2,8%-ə və 2025-ci ildə 2,5%-ə qədər bərpa ediləcəyini gözləyirik, bu da dövlət sərmayəsi ilə dəstəklənəcək, eyni zamanda, yeni neft hasilatı enerji sektorunda azalmanı yavaşlada bilər”, - “Fitch”in məlumatında qeyd edilib.