Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

26 Kas 08:16Manşet / Hadisə

Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, noyabr 25-də gündüz saatlarında Gəncə şəhər sakini Maksim Qəhrəmanovun döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə xəstəxanaya gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər mhkum olunmuş Çingiz Vəliyev şübhəli şəxs qismində saxlanılaraq Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.