Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

10 Tem 07:55Manşet / Hadisə

Ağcabədi rayon sakinindən avtomat aşkar edilərək götürülüb

Ağcabədi rayon sakinindən avtomat aşkar edilərək götürülüb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkumluğu olan Rauf Əliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı, 105 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.