Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 10:05

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 09:55

Şəhid atası vəfat etdi

02 Yanvar 2023 21:08Mədəniyyət

“Rəşadətli uçuş” adlı solo konsert Rəşad Atakişiyevin xatirəsinə həsr ediləcək

Yanvarın 7-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, pianoçu Toğrul Hüseynlinin “Rəşadətli uçuş” adlı solo konserti olacaq.

AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, “Şücaətə görə medal” ilə təltif edilmiş şəhid, polkovnik-leytenant Rəşad Atakişiyevin əziz xatirəsinə həsr olunacaq. Gecədə dünya klassik bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri səsləndiriləcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.