Xəbər Lenti
Dünən, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
10 Dekabr 2022 02:48Dünya
İtaliya humanitar gəmidəki daha 33 miqrantı qəbul edib
İtaliya Aralıq dənizində Almaniyanın “Louise Michel” qeyri-hökumət təşkilatına (QHT) məxsus humanitar gəmidəki 33 miqrantı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Misir vətəndaşı olan miqrantlar İtaliya Sahil Mühafizə Komandanlığının patrul gəmisinin müşayiəti ilə Lampeduza adasına gətirilib.
Lampeduza adasındakı qaçqın düşərgəsində vəziyyət isə mürəkkəb olaraq qalır. Belə ki, 350 yerlik düşərgəyə 1068 miqrant yerləşdirilib.
Hazırda İtaliya sahillərində “SOS Humanity” qeyri-hökumət təşkilatına məxsus “Humanity 1” və Sərhədsiz Həkimlər Təşkilatına məxsus “Geo Barents” gəmilərindəki ümumilikdə 500-dən çox miqrant təhlükəsiz liman gözləyir. Həmin mühacirlər arasında qadınların və valideyn müşayiəti olmayan azyaşlıların da olduğu bildirilib.
İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, cari ilin yanvar ayından dekabrın əvvəlinədək dəniz yolu ilə İtaliyaya 94,6 mindən çox qanunsuz miqrant gəlib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin