Xəbər Lenti
10-05-2025, 16:40
AVMVİB-nin kollektivi Ulu Öndər Heydər Əliyevin 102 illik Yubileyi münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.
10-05-2025, 16:30
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi. Zöhrə Adgözəlovanın doğum günüdür.
10-05-2025, 15:27
Tarixi şəxsiyyət, Əbədiyaşar liderimiz, Ulu Öndərimiz Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
10-05-2025, 13:31
Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
10-05-2025, 13:18
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 102-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirib
10-05-2025, 12:12
Nazim Eynallı: Müasir Azərbaycan dövlətçiliyinin banisi, unudulmaz şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunur
10-05-2025, 09:15
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: "Heydər Əliyev Fəlsəfəsi- Güclü Dövlət, Firavan Xalq".
9-05-2025, 19:28
İş adamı Cəbrayıl Cəbrayılov: “Heydər Əliyev yolu Azərbaycanın inkişaf və qalibiyyət yoludur!”
9-05-2025, 19:27
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Heydər Əliyev və çağdaş Azərbaycan təhsili”
Avqustda havanın temperaturu 43 dərəcəyədək yüksələcək
Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasından bəzi yerlərdə bir qədər yüksək olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur.
Birinci ongünlüyün ortalarında havanın nisbətən sərinləşəcəyi, temperaturun norma daxilində olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti, gündüzlər 34-38 dərəcə isti, bəzi günlərdə 40-42 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-8 mm).
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 26-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti, gündüzlər 33-38 dərəcə isti, bəzi günlərdə 40-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir (norma 6-10 mm).
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 18-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28-33 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 32-55 mm).
Qazax, Gəncə, Ağstafa, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 32-37 dərəcə isti, bəzi günlərdə 37-42 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-27 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-116 mm).
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüzlər 33-38 dərəcə isti, bəzi günlərdə 40-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-22 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 24-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 30-34 dərəcə isti, bəzi günlərdə 36-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-83 mm).