31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məktəb direktoru ilə dövlət xidməti arasında cərimə qalmaqalı
Bakıda fəaliyyət göstərən 239 nömrəli orta məktəbin direktoru Nisə Fərəcova ilə Dövlət Əmək Müfəttişliyi Xidməti arasında qalmaqal yaranıb.
“Qaynarinfo” xəbər verir ki, qurum direktor barəsində inzibati iş başlayıb. Nisə Fərəcova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə ittiham olunub və cərimələnib.
Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi barədədir. Maddədə inzibati cəza növü olaraq vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Nisə Fərəcovanın konkret hansı məbləğdə cərimələndiyi barədə məlumat yoxdur.
Direktor qurumun qərarı ilə razılaşmayaraq məhkəməyə üz tutub. Onun şikayətinə Səbail Rayon Məhkəməsində baxılacaq. Ülviyyə Şükürova iş üzrə hakim təyin edilib.























































