Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Kalmıkiyanın Elista şəhərində " Afrika günü " festivalı keçirilib
Ötən gün 19 iyun 2024-cü il tarixində Kalmıkiyanın Elista şəhərində "Kalmık Dövlət Universitet"inin təşkilatçılığı ilə "Afrika günü" adlı tədbiri keçirilmişdir. Tədbirin əsas məqsədi Kalmıkiyada təhsil alan Afrikalı tələbələrin burada təhlükəsiz yaşayıb, təhsil alması ilə bağlı idi. Və eyni zamanda Afrikadan olan tələbələr bu tədbirdə öz mədəniyyətlərini və milli yeməklərini nümayiş etdirməklə yanaşı, həm də teatr səhnəciklərini də canlandırdılar.
Tədbirdə Kalmıkiya Administrasiyasının əməkdaşları, Kalmık Dövlət Universitetinin rektoru, professor Badma Salayev Katinoviç və digər diaspor nümayəndələri də iştirak edirdilər.
Əməkdaşımız Ramazan Bağırov da bu tədbirə dəvət olunmuşdur.
Badma Salayev Katinoviç dövlətlərarası dostluq münasibətlərindən söz açarkən Azərbaycanın adını da xüsusi vurğuladı.
Daha sonra isə Beynəlxalq Hüquq müdafiəçisi və Politoloq Ramazan Bağırov tədbirdə Rusiya -Azərbaycan dostluq münasibətlərindən danışdı.
Tədbir zamanı Kalmık Dövlət Universitetinin rektoru Badma Salayev Katinoviç "Azərbaycan -Rusiya dostluq münasibətlərinə verdiyi dəstəyə görə" qəzetimizin və informasiya portalımızın Fəxri Diplomu ilə təltif olundu.
Sonda tədbir Afrika və Kalmık rəqsləri ilə sona çatdı.


























































