Həyatla ölüm arasında ümid körpüsü: Təcili Tibbi Yardımın fədakar həkimi Lalə Məmmədova
Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
Xalqa xidmət, sözə sədaqət və vətənə dəstək nümunəsi – Həkim-stomatoloq, AYB və AJB üzvü Təyyar Yəhyayev
Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
"The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq"
2026-cı ilin dəbi, yeni trendlər, kişilərin qarderob seçimi - Tanınmış modelyer-dizaynerlə MÜSAHİBƏ
Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra uşaq müəssisələrində Yeni il tədbiri keçirilib
Arzu Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzindən paylaşım edib
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
Azərbaycan – NATO: faydalı tərəfdaşlıq və səmimi dialoq
Mart ayının 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri Azərbaycan və NATO arasında əməkdaşlığın yeni hüdudlarını müəyyənləşdirdi.
Bu ilin may ayında Azərbaycan–NATO əlaqələrinin 30 ili tamam olur. Ötən müddət ərzində bu əlaqələr yalnız yüksələn xətt üzrə inkişaf edib və genişlənib. 1994-cü ildə alyansın “Sülh Naminə Tərəfdaşlıq” (SNT) proqramına qəbul edilməsi Azərbay¬can üçün tarixi hadisə sayılırdı. Bəli, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır.
Əvvəlcə onu qeyd edək ki, Azərbay¬can–NATO tərəfdaşlığının birinci tərəf üçün faydalı olduğunun sübutunu biz İkinci Qarabağ müharibəsində gördük. Hərbi alyansın SNT layihəsi çərçivəsində Azərbaycan Ordusunda aparılan islahat¬lar bizim müdafiə imkanlarımızı geniş¬ləndirdi, silahlı qüvvələrimizi müasirləş¬dirdi, onun peşəkarlıq səviyyəsini artırdı. Bu faktı qeyd etməmək mümkün deyil. Ötən 30 ildə Azərbaycan Şimali Atlantika Müqaviləsi Təşkilatının fəal tərəfdaşı kimi qurumun strateji layihələrində yaxından iştirak edib.
Bu barədə martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqlə təkbətək görüşdən sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev hərb-çilərimizn Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda yaxından iştirak etdiyini xüsusi vurğulayıb: “Bu, bizim üçün böyük təcrübə olub. 2021-ciilin sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olublar. Bu isə bir daha əməkdaşlığımıza güclü sadiqliyimizi nü¬mayiş etdirir”.
Daha sonra bəyanatında baş katiblə enerji təhlükəsizliyi məsələsini müzakirə etdiklərini bildirən cənab Prezident bu gün Azərbaycanın Avropanın 8 ölkəsinə qaz nəql etdiyini və onların 6-sının NATO üzvü, digər ikisinin isə hərbi blokun tərəf¬daş ölkəsi olduğunu nəzərə çatdırıb. Av¬ropa Komissiyasının Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçı¬sı adlandırdığını ayrıca qeyd edən İlham Əliyev bunun həm böyük üstünlük, həm də ciddi məsuliyyət olduğunu bildirib.
Prezident İlham Əliyev NATO-nun baş katibini Azərbaycanın “yaşıl keçid” gündəliyi barədə də məlumatlandırıb. COP29-a evsahibliyi edəcək ölkəmizin zəngin təbii ehtiyatlara, qazıntı yanaca¬ğına malik olduğunu, tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırdığımızı diqqətə çatdıran dözlətimizin başçısı cənab Stoltenberqi bu ilin noyabrında COP29-un qonağı qis¬mində ölkəmizə səfərə dəvət edib.
NATO baş katibi Yens Stol¬tenberqin Bakıya səfərində Pre¬zident İlham Əliyelə görüşündən sonra səsləndirdiyi bir sıra me¬sajlar onu göstərir ki, Azərbayca¬nın bu hərbi blokla əməkdaşlığı, ilk növbədə, qarşı tərəfin maraq¬larına cavab verir. Bu əməkdaş¬lıq uzun illərdir davam edir və Azərbaycan NATO-nun bir çox proqramlarında yaxından iştirak edib. Bizim hərbçilərimizin sülh¬məramlı missiyaların tərkibində iştirakı baş katib tərəfindən çox yüksək qiymətləndirildi.
Azərbayca¬nın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı məhz bu formatda bundan sonra da davam etdi¬riləcək. Eyni zamanda, biz bu hərbi blokun vacib üzvü sayılan qardaş Türkiyə ilə strateji əmək¬daşıq. Azərbaycan Silahlı Qüv¬vələrində NATO modeli yüksək səviyyədə tətbiq olunur. Bunun özü də real faktdır. Yəni, biz bu əməkdaşlığı yüksək qiymtləndi¬ririk, eyni zamanda, NATO-nun Baş katibi buna böyük dəyər verərək ümid etdiyini bildirdi ki, belə qarşılıqlı faydalı əməkdaşlıq yenə davam etdiriləcək.
Azərbaycan bu hərbi blokun bütün tədbirlərində, missiyala¬rında, müxtəlif proqramlar çər¬çivəsində keçirdiyi təlimlərdə mütləq iştirak edəcək. Bakıda aparılan danışıqlarda bu niyyət kifayət qədər aydın şəkildə öz təsdiqini tapdı.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü























































