Xəbər Lenti
6-08-2022, 10:11
Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib - RƏSMİ
6-08-2022, 10:01
Politoloqdan XƏBƏRDARLIQ: “Qisas” əməliyyatının digər fazalarını gələcəkdə müşahidə edə bilərik”
5-08-2022, 10:30
Mikayıl Cabbarov Azərbaycan İnvestisiya Şirkətinin yerli istehsala yatırımını açıqlayıb
5-08-2022, 10:19
Britaniyanın Azərbaycandakı səfirliyi Londondakı hadisə ilə bağlı bəyanat yaydı: “Öhdəliyə ciddi yanaşırıq”
5-08-2022, 10:15
Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı əsgər yoldaşı şübhəli bilinir - YENİLƏNİB
5-08-2022, 09:58
Mövqelərimiz atəşə tutulub: Doqquzu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəndir - RƏSMİ
4-08-2022, 19:41
AVMVİB Nəsimi rayon şöbəsinin sədri müavini Famil Məhərrəm oğlu Süleymanovun 60 yaşı tamam oldu. Təbrik edirik.
4-08-2022, 13:18
Sülhməramlılardan növbəti rüsvayçılıq: “Qisas”dan sonra ermənilərlə birlikdə “keşik çəkməyə” başladılar?
4-08-2022, 13:01
“ƏDV geri al”da faiz artır, Bakıda mağazalar isə müştərini aldadır: Cəzasını kim çəkəcək?
4-08-2022, 12:59
Qarabağdakı “Qisas” Putin-Ərdoğan görüşü kontekstində: Rusiyanın istədiyi, Qərbin “narahatlığı” - TƏHLİL
4-08-2022, 12:55
Olqa Şustik: “Anasının ukraynalı, atasının azərbaycanlı olması heç nəyi dəyişmir, onlar bizim övladlarımızdır”
3-08-2022, 10:08
Məşhur mağaza şəbəkəsinin filial müdirinin ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA
Çavuşoğludan almaniyalı həmkarına sərt cavab: “Çünki istifadə edirsiniz”

Bu barədə “Haber Global” məlumat verib.
Bildirilir ki, görüşün sual-cavab hissəsində türkiyəli nazir “Gezi” parkı hadisələrinə də toxunaraq, Almaniyanın münasibətini tənqid edib və qiyamın təşkilatçısı Osman Kavaladan Türkiyəyə qarşı istifadə edildiyini bildirib.
“Türkiyə olaraq bu mövzuda ikiüzlülük olmadan qanun çərçivəsində nələrin edilməsi lazım olduğunu danışmağa hazırıq”, - deyə o bildirib.
Çavuşoğlu hər bir vətəndaşın daxili hüquq yolları tükəndikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququnun olduğunu deyib.
“Bu, Osman Kavalaya da aiddir. Onun üçün Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi azadlığa buraxılma qərarı Türkiyə olaraq icra edilib, lakin başqa cinayətlərə görə həbsi davam edir, əslində o, müxtəlif ittihamlara görə də cəza alıb”, - deyə nazir əlavə edib.
Çavuşoğlu Avropada Fransa, Norveç, Almaniya və Yunanıstanda AİHM-in bir çox qərarının icra olunmadığına diqqət çəkib və bildirib ki, AİHM Türkiyədə daxili hüquq müdafiə vasitələri tükənmədən qərar qəbul edərsə, bu, siyasi qərar olacaq.
“Bu qədər qərar icra olunmadığı halda, məsələn, Yunanıstandan gəlmisiniz, niyə bunları Yunanıstana xatırlatmırsınız, ancaq Osman Kavala məsələsini daim gündəmə gətirirsiniz? Çünki Osman Kavaladan Türkiyəyə qarşı istifadə edirsiniz, onu maliyyələşdirirsiniz. “Gezi” hadisələrini nə qədər maliyyələşdirdiyinizi və dəstək verdiyinizi bilirik. Ona görə də Osman Kavala məsələsini daim gündəmdə saxlayırsınız”, - deyə Çavuşoğlu sərt şəkildə bildirib.