Menu
Xəbər Lenti
20 Kas 07:30Manşet / Cəmiyyət

22 noyabr – peşə bayramı günü ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə qeyd olunur

 

Zəngin və keşməkeşli tarixi yol keçən Ədliyyə Nazirliyinin yaranmasından 105 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Azərbaycan ədliyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizlə bərabər inkişaf edir, mütərəqqi məhkəmə-hüquq islahatları aparılmaqla təkmilləşir. Ədliyyə işçisi  olaraq artıq dördüncü  ildir ki, bu bayramı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qalib kimi qeyd edirik.  Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.

Artıq 25 ildir ki, ədliyyə və məhkəmə orqanlarının peşə bayramları böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.   Müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb.

Müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün — 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir. Tarixi irsin qorunması və ədliyyə sahəsində çalışan əməkdaşlarda mənəvi stimul yaradılması baxımından bu sərəncam olduqca mühüm əhəmiyyətə malikdir. Bu bayramı ədliyyə işçiləri hər il böyük ruh yüksəkliyi ilə geniş qeyd edirlər. Ədliyyə orqanlarının keçdiyi şərəfli, eyni zamanda, çətin və fədakar yol çoxəsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir. 

10 noyabr tariximizə Qələbə Günü kimi daxil oldu. Bizə qürür və fəxarət yaşadan bir qələbə!  Ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramını  biz ədliyyə  işçiləri yüksək əhval-ruhiyyə ilə, qalib və mübariz xalqın nümayəndəsi kimi qarşılayırıq.   

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Ali Baş Komandan başda olmaqla qəhrəman ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. 

Qürurverici haldır ki, Möhtərəm Prezidentimizin yüksək diqqət ayırdığı  Azərbaycan ədliyyəsi günbəgün müasirləşir. Nazirlik üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ardıcıl və məqsədyönlü işlər görür. Bu gün ölkəmizdə ədliyyə və məhkəmə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür. Azərbaycanın bütün ədliyyə işçiləri dövlət  başçısının ətrafında sıx birləşib. Bu birlik Ermənistan üzərindəki qələbəmizin təmin olunmasında  böyük rol oynadı.  Möhtərəm Prezidentimizin  noyabrın 10- da xalqa müraciətində dediyi sözlər –  “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” hər bir ədliyyə işçisinə  peşə bayramında ən  qiymətli  hədiyyədir.

22 noyabr-Peşə bayramımızı  böyük ruh yüksəkliyi ilə qeyd edən biz ədliyyə işçiləri ölkəmizin  inkişafına uyğun olaraq  şərəfli vəzifəmizi  hər zaman layiqincə yerinə yetirmək, daha məsuliyyətlə çalışmaq əzmindəyik.   

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılır,  ədliyyə orqanlarının fəaliyyəti genişləndirililir,  bu sahədə yeni iş metodları, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilir,  ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər həyata keçirilir. Ədliyyə sistemi məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atılır. Ədliyyə orqanları qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyət göstərir, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışırlar.

22 noyabr - Ədliyyə işçilərinin peşə bayramının qeyd olunduğu bu ərəfədə ölkəmizin həyatında ən şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərin  ildönümü bayram edilir. Müasir müstəqil tariximizə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsi adlandırdığımız 44 günlük Zəfər yürüşündə xalqımızın Qələbəsi həm də çağdaş ədliyyə tariximizin ən şanlı səhifəsini təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün müasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf dövrünü yaşayır. Bu zəfər salnaməsinin təməlində dövlət başçısının güclü iradəsi, müstəqil siyasəti, yenilməz sərkərdəlik və diplomatik məharəti, eyni zamanda azərbaycan xalqının birliyi dayanır.

Respublika Prezidenti tərəfindən Vətən müharibəsində iştirak etmiş ədliyyə və məhkəmə işçiləri çoxsaylı medallara layiq görülmüş, döyüşlərdə mərdlik və şücaət nümayiş etdirərək şəhid olmuş nazirliyin əməkdaşı Ruhin Xəlilov 4 medalla təltif olunmuşdur. Vətən müharibəsində 100-dən çox ədliyyə və məhkəmə işçisi, o cümlədən könüllülər iştirak edərək fədakarlıq göstərdiklərinə görə ölkə Prezidenti tərəfindən çoxsaylı medallarla təltif olunmuş, həmçinin nazirlik və Penitensiar xidmət tərəfindən onların qayğıları daim diqqət mərkəzində saxlanılmışdır. Bir əsrdən artıq tarixi olan və dövlətin hüquq siyasətinin həyata keçirməsini özünün şərəfli peşəsi hesab edən Azərbaycan ədliyyəsi 44 günlük Vətən müharibəsində haqqın, ədalətin zəfər çalmasına, vətəndaşlarımızın konstitusion hüquqlarının bərpasına və beynəlxalq hüququn təntənəsinə şahidlik etmişdir.    Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışaraq xalqımıza şərəflə xidmət edəcəyimizə,  ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifəmizin öhdəsindən  layiqincə gələ biləcəyimizə əminik.  Ədliyyə işçisi olaraq indi öz peşə bayramımızı  daha ürəklə və qürur hissi ilə qeyd edirik. İşğaldan azad olunmuş torpaqlarda ədliyyə orqanlarının qurulması da bizim növbəti uğurumuzdur. Yüksək vəzifə daşımasına rəğmən ədliyyə əməkdaşının müharibədə iştirakı, şəhidlik zirvəsinə ucalması dövlətçilikdə əhəmiyyətli orqan olaraq, xalqa və dövlətə bağlılığımızın göstəricisidir.

Bir əsrdən çox ömrü olan Azərbaycan Ədliyyəsinin əmin əllərdə dövlət var olduqca var olacağına, daha əzm və ədalətli çalışacağına inam hissi ilə bütün ədliyyə işçilərini xalqımızın Ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi   22 noyabr Ədliyyə İşçilərinin Peşə bayramı günü münasibətilə  təbrik edirəm!  Onlara mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram!

Biz  ədliyyə işçiləri olaraq qazanılmış parlaq zəfərimizi və peşə bayramımızı  yüksək qürur və sevinc hissi ilə qeyd edirik. 

Ulu Öndərin dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışacağımıza bundan sonra da əminik. 

Bir ədliyyə işçisi kimi bu qələbə məni  də çox sevindirdi, fəxarət hissi keçirdim. Bu qələbə Azərbaycanı daha güclü, daha qüdrətli dövlətə çevirdi. Xalqımıza yaşatdığı qürurlu və sevincli günlərə görə, cənab Prezidentimizə, Ali Baş Komandanımıza çox sağ olun deyirik.

 

 

Təranə Novruzova

Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi