Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

16 Ekm 09:43Manşet / Gündəm

“Alpman” Taekvondo klubu 6 illiyini möhtəşəm Qala-gecə ilə qeyd etdi-Fotolar

 “Alpman” Taekvondo klubu 2017-ci il 16 oktyabr tarixində Zahid Nadirov tərəfindən təsis olunub.

Taekvondo üzrə IV dan qara kəmər sahibi Zahid Nadirov beynəlxalq dərəcəli təlimatçı və ADBTİA-nın taekvondo müəllimidir. 15 oktyabr 2023-cü il tarixində klubun 6 illik yubileyi münasibətilə Maştağa qəsəbəsində yerləşən “Görüş” restoranında təşkil olunmuş möhtəşəm Qala-gecəyə 200 nəfərə yaxın qonaq və idmançılar təşrif buyurmuşdular. Həmçinin tədbirdə media nümayəndələri də iştirak etmiş, Qala-gecənin gedişində TV kanalları tərəfindən çəkilişlər aparılmışdır. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə öz canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad olundular. Bundan sonra gecənin aparıcıları qonaqlara “Alpman” Taekvondo klubunun tarixi, adı və loqosu barədə maraqlı açıqlamalar təqdim etdilər.

        Giriş sözü ilə çıxış edən Zahid Nadirov qonaqları salamladıqdan sonra, ilk dəfə taekvondo ilə Cəlilabad rayonunda məşğul olduğunu  qeyd etdi və öz müəllimi, Cəlilabad Gənclər və İdman Sektorunun Uşaq və Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Yasər Babayevi tədbir iştirakçılarına təqdim etdi. Qeyd olundu ki, idman sahəsində 33 ildən artıq çalışan Yasər müəllim hələ sovet dönəmində yüksək nailiyyətlərə imza atıb və idmanın karate növü üzrə SSRİ çempionatının gümüş mükafatçısı olub. Həmçinin Zahid Nadirov tərəfindən klubun yetirmələrinin son bir ildə əldə etdikləri nailiyyətlər barədə ətraflı məlumatlar təqdim olundu. Zahid müəllim son bir ildə “Alpman” Taekvondo klubunun ən yüksək nəticələr göstərmiş 13 idmançısının bu Qala-gecədə xüsusi diplom və mükafatlarla təltif ediləcəklərini də anonsladı.

        Bundan sonra çıxış edən Yasər Babayev Azərbaycanda idmanın inkişafı üçün dövlətimiz tərəfindən ən yüksək səviyyədə şərait yaradıldığını vurğuladı. Öz yetirməsinin uğurları ilə qürur duyduğunu bildirən Yasər müəllim klubun bütün üzvlərinə yeni-yüni nailiyyətlər arzuladı.

        Həmçinin Qala-gecədə “Alpman” Taekvondo klubunun rəsmi tərəfdaşları – “Dr.Nihad” Müasir Stomatoloji Klinikanın rəhbəri doktor Nihad Əvəzbəyli, Maştağa qəsəbəsində fəaliyyət göstərən “Vüqar foto-studiyası”nın rəhbəri Novruz Mehdiyev, “Nizami” Tədris Mərkəzinin təsisçisi Hafiz Rəhimov, “Klass-Academy” Tədris Mərkəzinin rəhbəri Mahir Süleymanov, “Ziya” Tədris Mərkəzinin rəhbəri Rəsul Mirzəyev iştirak edirdilər. Tərəfdaş şirkət rəhbərləri təbrik çıxışı edərək öz ürək sözlərini dedilər və idmançılara bundan sonra da ən yüksək nailiyyətlərlə xalqımızı sevindirmələrini arzuladılar. Qeyd edək ki, “Alpman” Taekvondo klubunun ən yüksək nəticələr göstərmiş 13 idmançısına, o cümlədən iki gənc parataekvondoçumuza tərəfdaş şirkətlər tərəfindən pul mükafatları, qiymətli hədiyyələr və xidmət sahələri üzrə bonus-mükafatları təqdim olundu.

        Qala-gecədə təltif olunan idmançılar arasında taekvondo üzrə Avropa çempionatının qalibləri, beynəlxalq turnirlərin qalib və mükafatçıları yer alıblar. İlin idmançısı nominasiyasında bu ilin avqust ayında Estoniyanın Tallin şəhərində keçirilmiş Avropa çempionatında gənclər arasında gümüş medala sahib olmuş III dan qara kəmər sahibi Səlimə Quliyeva qalib elan edilib.

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_379259764_776810664453621_3229607140338471150_n.jpg




        Sentyabr ayında isə, qonşu Gürcüstanın Batumi şəhərində keçirilmiş Beynəlxalq açıq turnirdə 5 nəfər idmançı ilə təmsil olunan taekvondoçularımız həmin mötəbər yarışda 3 qızıl və 2 bürünc medal qazanmışdılar. Həmin turnirin qalibi, II dan qara kəmər sahibi Səidə Həsənova “İlin uğurlu təmsilçisi” nominasiyasında qalib elan olundu. Xüsusi olaraq qeyd edək ki, yüksək nəticələrinə rəğmən Səidə Həsənovanın hələ cəmi 13 yaşı var. Bir maraqlı fakt da budur ki, Səidənin bir bacısı və bir qardaşı da idamanın taekvondo növü ilə məşğul olurlar.

        Qala-gecənin gedişində tərəfdaş şirkətlərin rəhbərləri, məşqçilər və “Alpman” Taekvondo klubunun əməkdaşlrı da təşəkkürnamələr və fəxri diplomlarla təltif olundular.

Gununxeberi.az