Xəbər Lenti
Dünən, 13:22
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
18-11-2026, 14:24
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
18-11-2026, 13:43
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
17-11-2026, 14:05
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
17-11-2026, 12:17
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
17-11-2026, 11:59
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
17-11-2026, 11:00
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
17-11-2026, 10:49
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
17-11-2026, 10:03
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
16-11-2026, 21:29
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
16-11-2026, 15:25
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
28 Fevral 2023 02:44Dünya
Dünyanın ən qədim mağara sənəti
Yaradıcılıq və sənət əsərləri yaratmaq həmişə insan təbiətinin bir hissəsi olub və araşdırmalar bizi mağara sənətinin yaradıcılığı ifadə etməyin ilk yollarından biri olduğuna inandırıb. Dünyadakı ən qədim mağara sənətinin nə olduğunu dəqiq söyləmək çətindir, çünki biz hələ də hər gün yeni şeylər kəşf edirik. Texnologiya inkişaf etdikcə biz mürəkkəb piqmentləri və ətraf ərazini təhlil edə bilirik ki, mağara rəsminin neçə yaşı ola biləcəyinə dair daha dəqiq proqnozlar əldə edək. Son illərdə texnologiya inkişaf etdikcə tədqiqatçılar mağara sənəti nümunələrini tapmaq üçün bütün dünyada mağara şəbəkələrini daha dərindən araşdıra bilirlər. Asiyadan Avropaya qədər dağların altında yerləşən və cəngəlliklərdə gizlənmiş gizli mağara şəbəkələrində bir çox parçalar tapılıb, lakin ilk olaraq hansı rəsmin çəkildiyini dəqiqləşdirmək çətindir.Təkcə Avropada 400 tanınmış mağara rəsm sahəsi var.
AZƏRTAC “The Fact Site”a istinadla xəbər verir ki, dünyanın ən qədim və məşhur mağara sənəti İspaniyanın şimalındakı Altamira mağarasındadır. Tapılan mağara rəsmlərindən bəziləri təxminən 65 min il əvvələ aiddir və” Homo sapiens” deyil, Neandertallar tərəfindən çəkildiyi ehtimal olunur. Bu xüsusi təsvirlər XIX əsrdə Marselinyo Sanz de Sautuola tərəfindən kəşf edilib.
Mağara sənətinə dünyanın hər yerində rast gəlmək olar, çünki bütün insanların yaradıcı tərəfi, hekayə danışmaq və ya sənədləşdirmək istəyi var. Mağara sənətləri, - istər 65 min il, istərsə də cəmi 14 min il əvvələ aid olsun, - bizə bir ərazinin və ya irqin tarixini öyrənməyə kömək edə bilər.
Qeyd edək ki, hələ də kəşf edilməkdə olan başqa əsərlərin mövcudluğuna baxmayaraq, İspaniyada tapılan mağara sənəti dünyada aşkarlanmış ən qədim mağara sənəti hesab edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır