Menu
Xəbər Lenti
Bu gün 5 matç var
28-10-2026, 10:30

Bu gün 5 matç var

İsmail Kartal qəza etdi
28-10-2026, 09:33

İsmail Kartal qəza etdi

05 Fevral 2023 05:23Dünya

Cənubi Koreya sahillərində gəmi aşıb: azı 9 nəfər itkin düşüb

Cənubi Koreya sahillərində gəminin aşması nəticəsində azı 9 balıqçı itkin düşüb. Bu barədə Yonhap agentliyi məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, balıqçı gəmisi Cənubi Koreyanın cənub-qərb sularında, insan yaşamayan Debiçi adasından 16,6 kilometr məsafədə aşıb. Ekipajın 3 üzvü xilas edilib.

Prezident Yun Sok Yol itkin düşənlərin tapılıb xilas edilməsi üçün maksimum səy göstərməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır