Xəbər Lenti
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
26 Dekabr 2022 03:13Dünya
Miranda bir kilometrlik toz təbəqəsi ilə örtülüb
Uran planetinin peyklərindən biri olan Mirandanın diametri 500 kilometrdən az olsa da, çoxlu sayda qaya və uçurumlara malikdir. Eyni zamanda, səthi qalın tozla örtülüdür.
AZƏRTAC “The Planetary Science Journal” nəşrinə istinadla xəbər verir ki, SETI İnstitutunun (Kaliforniya) tədqiqatçıları Mirandanın reqolit təbəqəsinin qalınlığını foto əsasında hesablamağa çalışıblar. Bunu müəyyənləşdirmək üçün alimlər Mirandanın səthindəki meteorit kraterlərə diqqət yetiriblər. Bəzi kraterlərinin relyefi hamar vəziyyətdədir, digər kraterlər isə tozdan “təmizdir”. Tozlu və tozlu olmayan eyniölçülü kraterlərin görünüşü fərqli olduğu üçün toz qatının dərinliyini təxmin etmək olar: bunun 300 ilə 1200 metr arasında, orta hesabla bir kilometr olduğu ortaya çıxıb.
Reqolit təkcə kraterləri deyil, Miranda səthinin qalan hissəsini də qalın təbəqə ilə əhatə edir ki, bu da onu bəlkə də ən “tozlu” kosmik cismə çevirir. Ayda reqolit təbəqəsinin onlarca metr, cırtdan planet Sererada təxminən 300 metr, ən böyük asteroidlərdən biri olan Vestada isə bir kilometrə qədər olduğu güman edilir.
Alimlər Mirandanın qalın reqolit təbəqəsi üçün üç mənbə təklif etdilər. Birincisi, onun böyük kosmik cisimlə toqquşmasından sonra səthi tozla örtülə bilərdi. Lakin fotoda belə toqquşmanın izi yoxdur. İkincisi, Mirandanın geoloji cəhətdən daha aktiv olduğu dövrdə reqolitin mənbəyi kriovulkanlar ola bilərdi. Üçüncü versiya isə Mirandanın tozu ətrafdan “toplaması”dır. Tozun mənbəyi Uranın böyük bir kosmik cisimlə toqquşması ola bilər. Həmin toqquşma zamanı yaranan dağıntı və toz Mirandada toplanıb. Peykin səthi o zaman mövcud olan kraterlərlə birlikdə qalın reqolit təbəqəsi ilə örtülüb və sonradan yaranan yeni kraterlər artıq tozsuz olub. Bu, bəzi kraterlərin niyə “təmiz”, digərlərinin isə tozlu olduğunu izah edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin