Xəbər Lenti
Bugün, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi
“Qarabağ”ın baxışa çağırdığı oyunçuların sayı 3-ə çatıb.
“Qafqazinfo” “sportinfo.az"a istinadən xəbər verir ki, “köhlən atlar”ın yoxlanışa dəvət etdiyi növbəti futbolçu Akinrefon Mikail Adetorodur.
Nigeriyadan olan legioner hazırda əvəzedici heyətin sıralarındadır. O, bir neçə ay öncə sözügedən ölkəyə yollanmış Aftandil Hacıyev tərəfindən bəyənilib. Klubun futbol akademiyasının koordinatorunun Nigeriyanın Laqos şəhərində izlədiyi turnirdə diqqətini çəkmiş bu gəncin cəmi 18 yaşı var. O, yarımmüdafiə xəttində çıxış edir. Onun həmyerlisi, sol cinah vingeri Onyema Françis Çukvumaobim isə bir neçə gün öncə Azərbaycana təşrif buyurub.























































