Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
İçkilərdə şəkər və spirt miqdarını qısa zamanda aşkar edən sensor yaradılıb
Rusiya və Çin tədqiqatçıları fermentlər əsasında hazırlanmış biosensor yaradıblar. Bu cihaz içkilərdə alkoqol, şəkər, süd turşusu və nişastanın miqdarını bir neçə dəqiqə ərzində müəyyən etməyə imkan verir.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Layihənin həmmüəllifləri Tula Dövlət Universitetinin, Harbin Texnologiya Universitetinin alimləri və Rusiyanın "Ekoniks-ekspert" şirkətinin mütəxəssisləri olublar.
Qeyd edilir ki, biosensor qısa müddətdə içkidə eyni anda dörd əsas komponenti - şəkər (qlükoza), süd turşusu, alkoqol və nişastanı müəyyən edir. Bu, fermentlərin xüsusi gel daxilində sabitləşdirilməsinə əsaslanan yeni texnologiya sayəsində mümkün olub. Nəticədə analiz sürətli, dəqiq və mürəkkəb laborator avadanlığı olmadan birbaşa istehsalatda istifadə üçün yararlı olur.
Sensor, məsələn, şərabda alkoqol və şəkərin, uşaq qidalarında isə nişastanın səviyyəsini operativ şəkildə yoxlamağa imkan verir. Nəticə 1-2 dəqiqə ərzində əldə olunur və dəqiqlik baxımından xromatoqrafiya kimi laborator üsullarla müqayisə oluna bilər.























































