Xəbər Lenti
Dünən, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
Dünən, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 10:29
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 09:55
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 13:46
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 13:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 13:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 12:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
17 Mart 2023 08:57Dünya
Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclası keçirilib
Mavritaniya İslam Respublikasının Nuakşot şəhərində İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyası çərçivəsində Cammu və Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Təmas Qrupunun nazirlər səviyyəsində iclası keçirilib.
AZƏRTAC təşkilatın Baş katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, iclasda çıxış edən İƏT-in Baş katibi Hissein Brahim Taha Cammu və Kəşmir xalqına öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməkdə davamlı dəstəyini təsdiq edib. Baş katib, həmçinin beynəlxalq ictimaiyyətə müraciət edərək, təşkilatın səylərini tamamlamaq üçün Cammu və Kəşmir probleminin həlli istiqamətində birgə fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
İclasda çıxış edən Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto Zərdari Təmas Qrupunun 2022-ci ilin sentyabrında BMT-nin Nyu-Yorkda keçirilən sammiti çərçivəsində təşkil olunmuş sonuncu iclası və BMT Baş Assambleyasının 77-ci sessiyasından sonrakı vəziyyət barədə məlumat verib. O, İƏT-in Baş katibinə və Təmas Qrupunun üzvlərinə Cammu və Kəşmir xalqının ədalətli mövqeyinə göstərdikləri davamlı dəstəyə görə minnətdarlığını ifadə edib.
Təmas Qrupunun üzvləri öz çıxışlarında Cammu və Kəşmir xalqına dəstək ifadə edib, sözügedən münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. Onlar Hindistan hökumətini insan haqlarına hörmət etməyə, Cammu və Kəşmir əhalisinin hüquqlarını qorumağa və mübahisəli bölgənin demoqrafik tərkibində hər hansı dəyişiklik etməkdən çəkinməyə çağırıblar. Nazirlər, həmçinin İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (IHRC) Cammu və Kəşmirdə insan hüquqları pozuntularının monitorinqini və beynəlxalq insan haqları qurumlarına hesabat təqdim edilməsində yorulmaz fəaliyyətini yüksək qiymətləndiriblər.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun nazirlər görüşündə iştirak edib. O, həmin görüşdəki çıxışında ölkəmizin Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini dəstəklədiyini bildirib.