Menu
Xəbər Lenti
QƏLPƏ YADDAŞI
Dünən, 20:03

QƏLPƏ YADDAŞI

Ceyhun Bayramov İraqa getdi
7-05-2025, 07:32

Ceyhun Bayramov İraqa getdi

Çaylarda sululuq artdı
5-05-2025, 08:24

Çaylarda sululuq artdı

26 İyul 2024 19:59Manşet / Gündəm

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir"

 

Ermənistan-Azərbaycan normallaşma prosesi istiqamətində danışıqlar davam edir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd ilə birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Somali hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu həm 44 günlük müharibə dövründə, həm də ondan sonra müşahidə edilib.
Nazir bu münasibətlə həmkarına təşəkkür edib: "Mən post-münaqişə barədə həmkarıma məlumat verdim. Azad edilən ərazilər, oradakı bərpa-quruculuq, həmçinin mina təhdidləri haqqında həmkarımı məlumatlandırdım. Ermənistan-Azərbaycan normallaşma prosesi istiqamətində danışıqlar davam edir və bu barədə həmkarımı da məlumatlandırdım”.