Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

18 Mrt 06:40Manşet / Siyasət

Raqub Cənnətəliyev: “Füzulini tərk edəndə uşaq idim, indi oğlum həmin yaşda oraya qayıdır”

 

“Füzulini tərk edəndə yaşım az idi. İndi ailəmiz, övladımız var”.

“Report” xəbər verir ki, bunu Füzuliyə köçən keçmiş məcburi köçkün Raqub Cənnətəliyev jurnalistlərə deyib.

“Mən oranı tərk edəndə indiki oğlum boyda idim. Maşallah, indi oğlum həmin yaşda oraya qayıdır. Dünyaya gəldiyin yer, təbii ki, səni özünə çəkir”, - o deyib.

Raqub Cənnətəliyev Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib:

“Bu günümüzə şükür. Allah Prezidentimizə cansağlığı versin. Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Prezidentimiz İlham Əliyev sakinlərin öz yurdlarına qayıtmalarına hər cür şərait yaradıb. Dövlət başçımıza Füzuli sakinləri adından minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, bu gün Füzuli şəhərinə daha 34 ailə yola salınıb. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksindən 123 nəfərdən ibarət növbəti köç karvanı yola düşüb. Bununla da Füzuli şəhərində ümumilikdə 596 ailənin (2 245 nəfər) daimi məskunlaşması təmin ediləcək.