Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

25 Eyl 12:22Manşet / Gündəm

Şərqi Zəngəzur təhsili: uğurlar, islahatlar, yeniliklər...

 

Cəmilə İsbəndiyrova: “Klassik mütəfəkkirlərin əsərləri ilə yanaşı, yeni ədəbiyyat nümunələrinin məktəblilərin dünyagörüşlərinin zənginləşməsində xüsusi təsirləri olduğundan, istər filoloq müəllimlərin, istərsə də pedaqoji psixoloqların bu ciddi məsələlərə diqqətləri vacibdir”

 

Onun haqqında yazmaq üçün çox düşünmədim. Lakin elə məqalə qəhrəmanlarım olub ki, bəlkə də həftələrlə həmin yazı üzərində düşünmüşəm. Axı,  haqqında yazacağın şəxsin şəxsiyyət kimi elmi və ədəbi ictimaiyyətdə mövqeyi olmalıdır. Hər doğulub yaşa dolandan da yazmaq olmur.

 

Bu dəfə, çoxdan haqqında yazmaq istədiyim bir həmkrım, əslində, jurnalistlikdən daha çox müəllimlik peşəsi ilə xalqa, gələcəyimiz olan məktəbyaşlı balalarımıza dərs verən, onların vətənpərvər, savadlı, düşüncəli yetişməsi üçün var qüvvəsini  əskiltməyən müəllimdir.

 

Müəllim şərəfli olduğu qədər də məsuliyyətli və çətin peşədir.

Gəlin budəfəki məqaləmin, daha doğrusu, portret oçerkin qəhrəmanı, səbəbkarı ilə yaxından tanış olaq: Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin müəllim-psixoloqu, tədqiqatçı-jurnalist, ictimai lider Cəmilə Çiçək İsbəndiyarovadır o şəxslikdən şəxsiyyətədək uzun, enişli-yoxuşlu, yağmurlu, daşlı-kəsəkli yolların yolçusu və yorğunu!

 

Cəmilə xanım yalnız peşəkar jurnalist, müəllim-psixoloq kimi deyil, həm də elmi, ədəbi ictimai tədbirlərdəki məzmunlu çıxışları ilə də yadda qalıb. Tribunardan səsləndirdiyi bir-birindən məzmunlu və dəyərli çıxışalrı bir daha onun elmi, ədəbi potensialından xəbər verir.

 

Bu günlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə keçirilən təhsil işçilərinin sentyabr konfransında iştirak edən Cəmilə Çiçək (İsbəndiyarova) deyir ki, “Bilik Günü” ərəfəsində təşkil olunan konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Qubadlı, Kəlbəcər, Laçın, Cəbrayıl və Zəngilan rayonları üzrə təhsil sektorlarının əməkdaşları, məktəb direktorları, müəllimlər və tədris ili ərzində müxtəlif olimpiada və müsabiqələrin qalibi olan şagirdlər iştirak ediblər.

 

Bu fikri heç də ötəri yerə, təsadüfən xatırlatmadım. Cəmilə Çiçək (İsbəndiyarova) həmin tədbiri işıqlandırmaqla həm jurnalistikanın, ilk növbədə isə müəllimliyin onun üçün necə dəyərli peşə olduğunu təsdiqləmiş olur.

 

 

 Üç sahənin peşəkrı, yaxud  əsl pedaqoq belə olar

 

Jurnalist Cəmilə Çiçək xanım daha sonra tədbir haqqında qeydlərində (xəbər şəklində yazdıqları nəzərdə tutulur-M.M.) vurğulayır ki, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək ötən tədris ilində əldə olunan nailiyyətlər, təhsil islahatları, yeni tikilən məktəblər, şagird davranış qaydaları barədə danışıb, yeni dərs ilinin əsas hədəflərini konfrans iştirakçılarının nəzərinə çatdırıb: “...Sonra Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov ötən tədris ilinə dair geniş hesabatla çıxış etdi. Konfransda, həmçinin, 2022-2023-cü tədris ilində nümunəvi fəaliyyətləri ilə seçilən məktəblilər, direktorlar, müəllimlər təltif olundu”...

 

Həmin  yazıda dəqiq və ciddi məlumatların  qeyd edilməsi də göstərir ki, müəllif hər iki sahənin  peşəkar mütəxəssisidir:  “...Sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.  2023-2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq. Bu tədris ilində 135 min uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq”.

 

Belə mötəbər tədbirin iştirakçısı olan məktəb müəllim-psixoloqu, eyni zamanda, filologiya elmləri üzrə (Azərbaycan dili və ədəbiyyatı mütəxəssisi olaraq) fəlsəfə doktoru  Cəmilə İsbəndiyarovanın müxtəlif siniflərdə təhsil alan şagirdlər arasında

 

 söz sənəti, ana dilimiz, təhsil problemlərinin həlli

 

 istiqamətində göstərdiyi fəaliyyətləri ilə hər zaman bölgə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib, böyük sayğıyla qarşılanıb.

Bütün bunlar isə ilk növbədə  müəllimənin çoxillik pedaqoji və psixoloji, eyni zamanda, ictimai fəaliyyətinin əhəmiyyətli hissəsi orta məktəbdə gənc nəslin formalaşmasında, mənəvi-əxlaqi cəhətdən zənginləşdirilməsində - tərbiyələndirilməsində, əsl vətənpərvər kimi yetişdirilməsində, ilkin fundamental bilgilərə yiyələnməsində qabaqcıl pedaqoji-metodoloji təcrübələrə üstünlük verməsindən irəli gəlir.

 

Cəmilə İsbəndiyarovanın fikrincə, 30 illik məcburi köçkünlük həyatının vurduğu mənəvi-psixoloji zərbələrə baxmayaraq, əslən Qarabağdan olan şagirdlərin doğma yurd-yuvalarına sevgisini dilimizə, ədəbiyyatımıza, musiqimizə, folklorumuza,  bir sözlə, milli-mənəvi dəyərlərimizə xüsusi diqqət ilə ölçülür: “... Bu yüksək mənəvi duyğuları yeni nəsilə təlqin etməyin nəticəsini onlar 44 günlük Vətən Müharibəsi zamanı göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər. Əslində, milli təhsil strategiyamızın bir istiqaməti də məhz bu uğurlu Zəfəri xalqımıza yaşadanların yetişməsinə xidmət edirdi...” 

Xatırladaq ki, 2014-cü ildə AMEA Folklor İnstitutunun doktorantı olmuş Cəmilə İsbəndiyarova 2017-ci ildə “Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları” mövzusunda müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Azərbaycan və xarici ölkələrdə rus, ingilis, türk dillərində işıq üzü görmüş yüzlərlə elmi məqalənin müəllifi kimi beynəlxalq simpoziumlarda etdiyi dəyərli məruzələrə görə çoxsaylı diplom və mükafatlarla təltif edilən Cəmilə İsbəndiyarova həm də 29 aprel 2016-cı ildən dövlət qeydiyyatına alınmış “Zəka işığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyin təsisçisi və sədridir.  Həmin birlik gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında dövlətin siyasətini və proqramlarını dəstəkləyir,  onların həyata keçirilməsində fəal iştirak edir.

 

23 yanvr 2017-ci ildən etibarən http://www.zekaishiginda.az saytı da Cəmilə xanımın rəhbərliyi ilə fəaliyyət göstərir. Birliyin fəaliyyətinin daha geniş auditoriyada təbliği həm də şərəfli missiyası ilə gənclərimizin milli-mənəvi dəyərlərə öz töhfələrini verməkdə yardımçı rolunu genişləndirmək deməkdir.  Sayt eyni zamanda yaradıcı gəncləri öz ətrafında birləşdirməklə onların potensialının üzə çıxarılmasında daim dəstək missiyası daşıyır.

Elmi-kütləvi məqalələrində də bildirdiyi kimi (bütün sahələrdə belədir-M.N.), təhsil də yenilikləri, modernləşdirmələri, yeni metod və üslubları tələb edir.  Onu haqlı olaraq belə bir sual daima düşündürür: “Məktəblərimiz bunlara hazırdırmı?”

 

 Haqlı sualdır: Müəllim və pedaqoji kollektiv, eləcə də məmrular, valideynlər, şagirdlərin özləri də bunlara hazırdırmı?! Axı, yeni pedaqoji çağırışlar, eyni zamanda, fərqli intellektual-elmi yanaşmalar, hazırlanan dərsliklər, modern tədris metodları, psixoloji hazırlıqlar, eləcə də məktəb-tədris fəlsəfəsi məhz sadalanan məsələlərin real şərati də uğurlu tətbiqlərini tələb edir. Bu istiqamətdə isə pedaqoji sahələrin biligiləri ilə yanaşı, geniş ictimaiyyət, valideynlər, dövlət qurumlarının rəsmiləri və QHT nümayəndələri, eləcə də yeni media, KİV orqanlarının əməkdaşları, hətta sosial şəbəkə resurslarını yaradanlar da fəal iştirak etməlidir.

 

“Qarabağ zəfəri ilə başlayan intibah mərhələsi:

qələbəmizin kreativ tarixi"

 

Cəmilə İsbəndiyarova, hər zaman olduğu kimi,  haqlı olaraq, bu dəfə də vurğulayır ki, son vaxtlar paytaxt Bakıda, eləcə də bölgələrimizdə təşkil olunan konfrans, forum, toplantıların da əsas məqsədi məhz yeni texnoloji-pedaqoji modernləşdirilmələrə aparıb çıxarmalıdır.

 

Heydər Əliyev Fondunun rəhbərliyi altında, Mədəniyyət Nazirliyi ilə birlikdə həmtəşkilatçı olan Elm və Təhsil Nazirliyinin təşkil etdiyi I Azərbaycan dili və ədəbiyyatı Forumunda da vurğulandığı kimi, ədəbi dil və bədii söz sənətinin gənc nəslin formalaşmasında, şagirdlərin yetişməsində rolu əvəzedilməzdir. Klassik mütəfəkkirlərin əsərləri ilə yanaşı, yeni ədəbiyyat nümunələrinin məktəblilərin dünyagörüşlərinin zənginləşməsində xüsusi təsirləri olduğundan, istər filoloq müəllimlərin, istərsə də pedaqoji psixoloqların bu ciddi məsələlərə diqqətləri vacibdir.

 

Cəmilə İsbəndiyarovanın həm pedaqoq, həm də psixoloq kimi bu sadalanan məsələlərə xüsusi yanaşmaları var. Mətbuatda, yeni mediada, elmi-praktik konfranslarda, tədbirlərdə, hətta sosial media profillərində, eləcə də həyata keçirdiyi çoxsaylı layihələr də gənc nəslin azərbaycançılıq ruhunda formalaşmasına xidmət edir.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 fevral 2022-ci ildən 30 aprel 2022-ci il tarixlərinədək əhatə edən, “Elm, təhsil, mədəniyyət və azərbaycançılığın təbliği təşəbbüslərinin dəstəklənməsi” istiqaməti üzrə “Milli dəyərlərin innovativ-kreativ təbliği: azərbaycanlıları birləşdirən mental sərvətlərimizin qorunması” adlı layihə fəaliyyətləri çərçivəsində “Dəyərlərimizin kreativ tanıtımı” elmi-kütləvi toplusu da işıq üzü görüb. 01 sentyabr 2022-ci il - 01 noyabr 2022-ci il tarixlərini əhatə edən, elm, təhsil, mədəniyyət və azərbaycançılıq ideyasının təbliği məsələləri - Zəfər tarixi və onun yaratdığı yeni reallıqlar ilə bağlı tədbirlərin təşkil olunması” istiqaməti üzrə “Qarabağ zəfəri ilə başlayan intibah mərhələsi: qələbəmizin kreativ tarixi" adlı layihə  fəaliyyətləri çərçivəsində “Qarabağ: qələbəmizin kreativ tarixi” kitabı işıq üzü görüb.

 

Günümüzdə sadalanan sahələrdə müəyyən problemlərin mövcudluğunun hər kəs fərqindədir. 11 elmi-bədi kitabın müəllifi olan məhsuldar  gənc alim Cəmilə İsbəndiyrovanın - ədəbi aləmdə tanınmış yaradıcı şəxsin, filoloq-tədqiqatçı, pedaqoq və psixoloqun öz elmi-pedaqoji yaradıcılığında və ictimai-kreativ faəliyyətlərində, eləcə də pedoqoji fəaliyyətinin əsas hissəsi orta məktəbdə filoloq-müəllim kimi çalışmasında, təhsl sistemindəki uzunmüddətli, dayanıqlı işlərində əsas məsələ olaraq yetişdirdiyi intellektual gənclərə sərf etdiyi əməyini xüsusi sadalamaq vacibdir.

 

Son illər orta məktəb şagirdlərinin sosial şəbəkələrə meyilliyi onların ana dili və ədəbiyyatımıza marağının azalmasına, bunun da öz növbəsində, bu fənnlərdə aşağı qimət alan məktəblilərin sayının artması həm təhsil sisteminin, həm də pedaqoji sahələrin peşəkarlarını düşündürməkdədir. Cəmilə xanım bu problemin həllində  də orta məktəbdlərdə ədəbiyyata həsr olunmuş ədəbi-bədii tədbirlərin vaxtaşırı təşkili, yazıçı və şairlərin yubileylərinin keçirilməsi, söz sənəti müsabiqələrinin dərsdənkənar mütaliə mədəniyyətinin formalaşması kimi formatlardan yararlanmağı təklif edir. Bu təkliflər, əlbəttə, əlaqədar təhsil təsisatlarının məmurları, pedaqoji ictimaiyyətin, yaradıcı şəxslərin diqqətini cəlb etməli, müəyyən dövlət proqramlarına daxil olunmalıdır.

Ölkə başçısı cənab Prezident İlham Əliyevin ana dilimizin və ədəbiyyatımızın inkişafına verdiyi töhfələri, gənc nəslin formalaşmasına diqqət ayırmasını diqqətlə öyrənib məktəbdə reallaşmasına çalışan bu cür pedaqoqların fəaliyyətlərinin rəsmi formada, vaxtında dəyərləndirilməsi digər təhsil işçilərimiz üçün də motivasiya mənbəyi ola bilər...

 

 

Uğuların təntənəsi: nəticə ürəkaçan olanda...

 

Cəmilə xanımın hələ Qəbələ rayonu Nic qəsəbə 3 saylı tam orta məktəbində (əsas baza), rus dili və ədəbiyyatı ixtisası üzrə çalışdığı dövrdə (nümunə olaraq) məktəbin əlaçı şagirdi Zəhra Elxan qızı Əliyeva rus dili və ədəbiyyatı fənni üzrə fənn olimpiadasında iştirak edərək I yeri qazanıb.  Sonra isə  o, rus dili və ədəbiyyatı ixtisası üzrə Bakı Slavyan Unuversitetinə qəbul olunub, elmi fəaliyyətlə məşğuldu.

 

Daha bir diqqətçəkən fakt: orta məktəb əlaçısı Kamil Kamran oğlu Rəhimli Azərbaycan dili və ədəbiyyatı üzrə fənn olimpiadasının zona turunda fəxri yer tutub, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə BDU-ya qəbul olunub. O, universiteti fərqlənmə diplomu ilə başa vurub, bu ali təhsil müəssisəsinin aspiranturasını bitirib, hazırda müəllim kimi çalışır, həm də elmi fəaliyyətlə məşğuldur.

 

Cəmilə İsbəndiyarova 2013-cü ildə Əlavə Təhsil Mərkəzinin “Psixologiya” fənni kurikulumunun tətbiqi ilə əlaqədar təşkil olunmuş “Öyrədənlərin öyrədəni” kursundan keçərək, “Təlimçi” statusu almış, yüksək pedaqoji təcrübəyə də yiyələnib. Onun elmi-mətbu sahələrlə paralel olaraq pedaqoji sahədə də kifayət qədər uğur və nailiyyətləri var.  Şagirdləri hər il yüksək göstəricilərlə ali məktəblərə qəbul olunur. Təkcə Kəlbəcər rayonu 37  saylı tam orta məktəbin 2021-2022-ci tədris ili ərzində 30-nəfərdən çox şagirdi  600-dən yüksək bal toplayaraq, respublikanın müxtəlif ali təhsil ocaqlarına daxil olub. Onlardan Şahsuvarlı Rəhimə Səbuhi qızı 615 balla Tibb Universitetinin tələbəsi adını qazanıb.  2022-2023-ci tədris ilində isə həmin məktəbin  23 nəfər məzunu yüksək balla ali məktəblərə qəbul olunub.

 

Cəmilə İsbəndiyarova Azərbaycan dövlətinin müstəqilliyinin  möhkəmləndirilməsi istiqamətində bir  jurnalist və ilk növbədə peşəsinin sirlərini mükəmməl bilən, onu tədris etməkdən yorulmayan, bu sahədə gecə-gündüz çalışan pedadoq kimi də üzərinə düşən borcu daim layiqincə yerinə yetirir, Prezident İlham Əliyevin siyasi kursunu daim dəstəkləyir, dövlətçiliyə sədaqətli fəaliyyəti və mövqeyi ilə həmişə fərqlənir.

 

 

 

Məhəmməd Nərimanoğlu,

 “Tərəqqi”  medallı tədqiqatçı-jurnlist,

“Yenilik-press” qəzetinin baş redaktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Qızıl qələm” və Məmməd Araz ali media mükafatları laureatı