Xəbər Lenti
Dünən, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
9-11-2026, 10:51
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
26 Fevral 2023 18:55Cəmiyyət
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi sakinləri ziyarət olunub
Od çərşənbəsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ziyarət olunub, müəssisənin həyətində ağacəkmə tədbiri keçirilib. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ahıllarla görüşən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Od çərşənbəsi münasibətilə onlara təbriklərini çatdırıblar.
Görüşdə ölkəmizdə ahılların diqqət və qayğı ilə əhatə olunduğu vurğulanıb. Prezident İlham Əliyevin yaşlı, ahıl insanlara xüsusi qayğısının nəticəsi olaraq bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara yönələn sosial ödənişlərin artırılması istiqamətində atılan addımlardan bəhs olunub. Son 5 ildə ölkəmizdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, yaşa görə müavinətlərdə 3 dəfə artım olduğu qeyd olunub.
Tənha ahıl vətəndaşlara evlərində sosial-məişət xidməti göstərildiyi, həmçinin 200-dən çox ahılın yaşadığı bu sosial xidmət müəssisəsində ahıl şəxslərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə təmin olunmaları üçün müasir tələblərə uyğun şərait yaradıldığı, müəssisə üçün 5 mərtəbəli 170 yerlik əlavə korpus da tikilərək istifadəyə verildiyi bildirilib. Heydər Əliyev Fondu tərəfindən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin daim diqqət və qayğı ilə əhatə olunması üçün aparılan işlər diqqətə çatdırılıb.
Görüşdən sonra hər iki nazirliyin nümayəndələri və könüllülərin, habelə ahıl sakinlərin iştirakı ilə müəssisənin həyətində müxtəlif növlərdə ağaclar əkilib.