Xəbər Lenti
Dünən, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Dünən, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Dünən, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Dünən, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
21-07-2026, 22:08
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
21-07-2026, 22:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 21:41
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
21-07-2026, 21:35
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
21-07-2026, 16:52
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
21-07-2026, 13:06
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
21-07-2026, 12:00
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
20-07-2026, 21:50
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
20-07-2026, 18:37
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
20-07-2026, 18:09
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
20-07-2026, 17:26
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
26 Dekabr 2022 14:36Siyasət
Mətbuat Şurası “Euronews”a və “Le Figaro” nəşrinə müraciət etdi
Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında olan Xankəndi şəhərində dekabrın 25-də keçirilmiş aksiya zamanı çıxış etmiş bəzi şəxslərin nitqlərindəki məzmunun “Le Figaro” qəzetində və “Euronews”un Fransa xidmətində birtərəfli qaydada və qərəzli səkildə yayımlanması dərin təəssüf hissi doğurur. Bütövlükdə Azərbaycan jurnalistlərinin haqlı narazılığını ifadə edən Mətbuat Şurasının yanaşması bundan ibarətdir ki, medianın zorakılığa, bölücülüyə və qarşıdurmaya xidmət edən propaqanda üçün tribunaya çevrilməsi yolverilməzdir, jurnalistikanın peşə prinsiplərinə ziddir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının “Euronews” telekanalına və “Le Figaro” nəşrinə müraciətində qeyd olunub.
Bildirilib ki, Qarabağ Azərbaycanın BMT tərəfindən tanınmış suveren ərazisi, Xankəndi qədim Azərbaycan şəhəri, orada yaşayan əhali isə Azərbaycan vətəndaşlarıdır. Amma “Le Figaro” qəzeti və “Euronews”un Fransa xidməti dekabrın 25-də keçirilən aksiyanı işıqlandırarkən, nəinki Azərbaycanın suveren hüquqlarını, hətta Qarabağ bölgəsində yaşayan sıravi erməni əsilli vətəndaşların belə, mənafelərini nəzərə almayıblar. Onlar məsələni otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlamış cinayətkarların və onların əməllərinin davamçılarının maraqları kontekstində təqdim ediblər.
“Təəssüflə bildiririk ki, “Le Figaro” və “Euronews”un Fransa xidməti Cənubi Qafqazda sabitliyin təmin olunması, xalqların dinc, yanaşı yaşamaları üçün göstərilən səyləri deyil, bölücülüyə xidmət edən, bölgədə sülh gündəliyinin əleyhinə fəaliyyət göstərənlərə meydan verdilər. Jurnalistika dəyərlərinə münasibətdə belə etinasızlığın göstərilməsi yolverilməz və qəbuledilməzdir.
“Le Figaro” və “Euronews” jurnalistikanın tərəfsizlik və obyektivlik kimi mühüm prinsiplərinə uyğun olaraq, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda, artıq 15 gündür ki, davam edən aksiyası ilə maraqlana və məsələnin əsl mənzərəsini bütün tərəflərin mövqeyi nəzərə alınmaqla, təsvir edə bilərdilər. Əfsus ki, biz bu peşəkar yanaşmanı görmədik.
“Le Figaro” nəşri Fransanın tanınmış ictimaiyyət nümayəndələrinin Azərbaycana qarşı qeyri-obyektiv müraciətini təşkil edərək və yayaraq, belə bir təsəvvür formalaşdırmağa çalışır ki, guya, Azərbaycan Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti həyata keçirir. Aydındır ki, bu bəyanat, Fransadakı erməni lobbisinin səyləri nəticəsində ərsəyə gəlib və onun maraqlarına xidmət edir. Qeyd etməyi vacib sayırıq ki, KİV qurumunun hansısa materialı siyasi konyukturaya uyğun olaraq işıqlandırması “Jurnalistlərin hüquq və vəzifələrinə dair Beynəlxalq Münhen Bəyannaməsi”nin prinsiplərinə ziddir. Jurnalist və KİV qurumu bundan çəkinməli, ictimaiyyətin həqiqəti bilməsi üçün çalışmalıdır.
Belə mənfi meyillər Azərbaycan və Fransa xalqları arasında münasibətlərə də ciddi zərər gətirir, Azərbaycan ictimaiyyətində Fransa haqqında mənfi rəyin yaranmasını sürətləndirir.
Öz sıralarında Azərbaycanın məşhur media orqanlarını, jurnalist təşkilatlarını birləşdirən Azərbaycan Mətbuat Şurası “Le Figaro” qəzetini və “Euronews”un Fransa xidmətini Qarabağ həqiqətlərinə həssas yanaşmağa çağırır, beynəlxalq hüququn norma və prinsiplərinə, Fransa dövlətinin də tanıdığı müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmağa dəvət edir. Şura hesab edir ki, bu media orqanları, ümumilikdə Fransa mediası Cənubi Qafqazda yenidən siyasi avantüra planlarını reallaşdırmaq istəyənlərə tribuna verməməli, reallığı görməli, ədalət prinsiplərinə əsaslanmalıdırlar. Yalnız bu yolla bölgədə davamlı sülhün yaradılmasına, Azərbaycan və erməni xalqlarının birgə təmsil olunduqları coğrafiyada inkişafa və tərəqqiyə, insan hüquq və azadlıqlarının qorunmasına töhfə vermək mümkündür.
İnanmaq istərdik ki, müraciətimiz səmimi qəbul ediləcək, müvafiq nəticə çıxarılacaq, vurğuladığımız məqamlar kifayət qədər həssas daxili təbiətə malik Cənubi Qafqaz bölgəsinə ədalətli yanaşmanı təmin etmək meyarı kimi, “Le Figaro” qəzeti və “Euronews”un Fransa xidməti də daxil olmaqla, bütövlükdə Fransa və Avropa mediasının gələcək fəaliyyətində nəzərə alınacaq”, - deyə Mətbuat Şurasının müraciətində qeyd olunub.