Menu
Xəbər Lenti
Paşinyan Fransaya getdi
10-11-2026, 11:46

Paşinyan Fransaya getdi

Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

02 Mart 2023 12:31Mədəniyyət

“Yuğ” Teatrı mart repertuarını açıqlayıb

Azərbaycan Dövlət “Yuğ” Teatrı mart ayı üçün maraqlı repertuar tərtib edib.

AZƏRTAC xəbər verir ki, sənət ocağının kollektivi martın 4-də “Lənət”, 5-də “Elçilik”, 11-də “Medeya. Sekvensiya 01”, 12-də isə “Kloun Bizzz” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.

Martın 16-da isə sənət ocağında “Aşıq qapı” günü təşkil olunacaq.

Bundan başqa, martın 18-19-da “Toy dəsgahı”, 25-də “Şəbədə”, 26-da isə “Mənəm, mən” tamaşaları göstəriləcək.

Səhnə əsərləri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq.

Tamaşalar bir qayda olaraq saat 19:00-da təqdim ediləcək.