Xəbər Lenti
Bugün, 12:24
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Dünən, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
18-06-2026, 18:48
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 17:48
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
17-06-2026, 15:00
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
17-06-2026, 14:00
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
17-06-2026, 13:59
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
17-06-2026, 13:38
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
01 Mart 2023 17:31Mədəniyyət
Fikrət Əmirovun “1001 gecə” baleti Mariinski Teatrının yeni səhnəsində
Tamaşalar Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə təqdim olunub
Sankt-Peterburqun dünyaşöhrətli Mariinski Teatrının yeni səhnəsində teatrın Primorski filialının balet truppasının növbəti qış qastrol proqramı çərçivəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin tamaşalarının təqdimatı böyük əks-səda yaradıb.
AZƏRTAC xəbər verir ki, tamaşalar Mariinski Teatrının direktoru və bədii rəhbəri, görkəmli dirijor Valeriy Gergiyevin dəvəti ilə təşkil olunub. Fikrət Əmirovun möhtəşəm əsəri ilə bərabər Mariinski Teatrının tarixi və yeni səhnələrində P.Çaykovskinin “Şelkunçik” və A.Adanın “Korsar” baletlərinin ifası balet musiqisinin böyük bayramına çevrilib. Bütün tamaşalar Rusiyanın Əməkdar incəsənət xadimi, Mariinski Teatrının baş baletmeysteri Eldar Əliyevin quruluşunda göstərilib.
Qastrolun ən yaddaqalan hadisələrindən biri kimi qeyd olunan “1001 gecə” baletinin bütün tamaşaları tam anşlaqla keçib və hər ifadan sonra tələbkar Sankt-Peterburq balet həvəskarları tərəfindən yarım saata qədər uzanan alqışlarla qarşılanıb. Tamaşalar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Mariinski Teatrının simfonik orkestri və xoru tərəfindən təqdim olunub. Baletdə baş rolları Sergey Umanets, Liliya Berejnova, Renata Şakirova, Arina Naqase, Viktor Mulıqin, Saki Nisida və Qulyelmo Junio böyük uğurla ifa ediblər.
Qeyd etmək lazımdır ki, baletimizin ifasında milli alətimiz olan tara və zərbə xüsusi yer ayrılıb. Tar partiyasını Azərbaycan Dövlət Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər. Solo soprano bölümünü isə Anastasiya Kikot böyük məharətlə dinləyicilərə təqdim edib.